TANAP-da son yoxlamalar keçirilir

Dərc olunub: 06/04/2019 - 23:05

tanapTrans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq tədarükünün başlanmasına qədər son yoxlamalar keçirilir.

Bu barədə “Trend”ə TANAP konsorsiumundan bildiriblər.
Konsorsiumdan deyilib ki, boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinədək olan hissəsinin qazla doldurulması iyunun sonunadək başa çatacaq.

Qeyd olunub ki, ilkin olaraq 40 milyon kubmetr qaz nəql olunacaq, daha sonra nəqliyyat həcmi 85 milyon kubmetrədək artacaq:

“Qaz həcmləri TANAP-da qalacaq, çünki bu kəmər hələlik Trans-Adriatik qaz kəmərinə qoşulmayıb”.

Bir müddət əvvəl TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol TANAP-ın birinci mərhələsi çərçivəsində sınaq tədarükünün 2019-cu il aprelin 15-də başlayacağını bildirmişdi.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.








loading...


Fikrinizi bildirin