“Gürcüstanda elektrik avomobili istehsal ediləcək” – Baş nazir

Dərc olunub: 06/04/2019 - 23:15

electric_car_060419Gürcüstanın Kutaisi şəhərində elektrik avtomobili zavodu tikiləcək.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Mamuka Baxtadze eko-istiqamətdə fəaliyyət göstərən birinci sənaye biznes-qrupunun təqdimatı zamanı deyib.

“Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, regionumuzda ilk dəfə Gürcüstanda elektrik avtomobillərin istehsalı başlayır. Dünyada elektrik avtomobillərin ən iri istehsalçısı olan və “Volvo”, “Volkswagen” və “Ford” kimi şirkətlərlə əməkdaşlıq edən “Changan” şirkəti Gürcüstanda elektrik avtomobili zavodu tikməyə qərar verib”, – deyə nazir bildirib.

Baxtadzenin sözlərinə görə, zavodun istehsal gücü 40 000 avtomobil olacaq, onların 50 faizi daxili bazar, 20 mini isə Aİ-yə ixrac üçün nəzərdə tutulub.










loading...


Fikrinizi bildirin