"Mən də özümü öldürəcəyəm, günahkar məktəbdir" - İntihar edən şagirdin rəfiqəsi + FOTO

Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü atan rus bölməsinin 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün vəfat edib. Yenicag.az xəbər verir ki, Elinanın Züleyxa adlı rəfiqəsi “Facebook”da paylaşım edərək rəfiqəsinin ölümündə məktəbi günahlandırıb: “Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. O, mənim üçün dostdan da artıq idi. Onun anası ilə də çox yaxşı münasibətimiz olub. Onun anasını intiharda günahlandıran ağılsızlar ölsün”.

“Elina məktəbdə onu döydüklərini deyirdi. Ona görə mən onunla birlikdə dəfələrlə direktor və müavininin yanına gedərək, kömək istəmişdik. Onlar isə “sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil” cavabını verirdilər. Halbuki Elina özünü öldürmək istədiyini də onlara deyirdi. Günahkar məktəbdir”, – Zuleyxa qeyd edib.

Elinanın rəfiqəsi də məktəbə getməkdən imtina etdiyini, yoxsa özünü öldürəcəyini bildirib.

“Mənim əzizim sən mənim üçün əbədi yaşayacaqsan. Sən hər zaman mənim ən yaxın rəfiqəm, mənim bacım, mənim həyatım olacaqsan.”

635x100

Şərhlər

Xalq 2019-04-07 00:17:00

Mektebin telim terbiye uzre zavuçu da direktorla birge derhal hebs olunmalidir. Direktorla zavuç eger bir usagin hansisa problemi haqqinda vaxtinda tedbir gormurlerse sebebi ne olur olsun; mesuliyyet dasiyirlar.

Veteran 2019-04-07 00:17:00

Eger bu cur "iwleseniz" bundan sonra neinki Zuleyxani da "daim nezaretde saxlayacaqsiniz", umumiyyetle butun mekteble bagli "aidiyyeti dovlet qurumlarini" melumatlandiracaqsiniz!

Bashirov Qarib 2019-04-07 00:17:00

Bunlara məktəb neyləsin.Bu yaşda qızların belə geyinməsi də doğru deyil..Valideynləri uşaqlarını Azərbaycan televiziyalarına baxmagı yasaqlamadıqca belə hallar baş verəcək.Çunki TV-lər əxlaqsızlıq yuvaları sayılır.

t.ədalət 2019-04-07 00:17:00

İntiharın səbəbkarının direktor olması aydındır.Məsələ direktora haqq etdiyi cəzanın verilməsidir.Bu cəca veriləcəkmi?Əlbəttə,ortada püşvətin rol alıb-almayacağı başladılan cinayət işinin sonunda bəlli olacaq.

Son yazılar