NATO Rusiya sərhədlərində baza yerləşdirəcək

NATO Ukraynadakı böhranla əlaqədar Şərqi Avropada yeni bazalar yerləşdirməyi planlaşdırır.

APA-nın “UNN”-ə istinadən verdiyi məlumata əsasən, bu barədə “The Guardian” qəzetinə müsahibəsində Alyansın baş katibi Anders Foq Rasmussen bildirib.

NATO rəhbərinin sözlərinə görə, Alyansın gələn həftə Kardifdə keçiriləcək sammitində o, Rusiya sərhədi yaxınlığında hərbi bazaların yerləşdirilməsi ilə bağlı təşkilatın daxilində olan fikir ayrılığını aradan götürməyə çalışacaq.

“Qəbul ediləcək Tədbirlər Planı Avropada təhlükəsizliyin tamamilə yeni şəraitində operativ tədbirlər görməyə imkan yaradacaq. Bizdə artıq lazım gəldikdə qısa zamanda vəzifəsini yerinə yetirməyə qadir NATO Çevik Qüvvələri yaradılıb”, deyə baş katib qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar