Amerikalı İŞİD döyüşçüsü Suriyada öldürüldü

Ağ Ev Suriyada islamçı yaraqlılarla birlikdə döyüşən amerikalının ölümünü təsdiqləyib.

ABŞ rəsmiləri avqustun 26-da bildiriblər ki, Douglas McAuthur McCain İslam Dövləti (İD) qruplaşmasının tərkibində döyüşüb. Bu qruplaşma İraq və Suriyada böyük ərazilər ələ keçirib.

McCain 10 il öncə islamı qəbul edib. Məlumatlara görə, avqustun 24-də öldürülüb.

ABŞ mediası yazır ki, İD Suriyada ötən il oğurlanmış xarici yardım işçisi olan amerikalı qadının buraxılması üçün 6.6 milyon dollar tələb edir.

Birləşmiş Ştatlar İD yaraqlılarına qarşı mümkün hava hücumlarından öncə Suriya üzərində nəzarət uçuşları həyata keçirir. ABŞ ötən aydan İraqdakı İD yaraqlılarına qarşı hücumlara başlayıb.  /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar