DTX sədrindən çağırış: Gənclər bundan uzaq dursun

Gəncləri siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq.Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib:

"Biz bu addımımızla ümumdünya sağlamlıq prosesinə qoşuluruq və gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Gəlsinlər, idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər".

635x100

Şərhlər

Alı 2019-04-07 18:06:05

Görünən odur ki,birinci dəfə deyil ki,Mədət müəllimi gəncliyimiz- gələcəyimiz narahat edir və onun funksional vəzifələrinə aidiyyatı olmasa da Azad Rəhimovdan, Oqtay Şirəliyevdən (qəşşəng yeyib içəndir) fərqli olaraq bəlli ki, millətə canı yanır.Amma əziz Mədət müəllim ölkəmizin idman qurguları üzumuzə baglıdır axı.Buna kömək olsanız arzuladıgınız, ŞÜARINIZ həqiqət olmaga xeyli yaxın olar.Bir kəlməniz kiçik təşəbbüsünüz kifayətdir.GƏNCLİK HƏMİŞƏ SİZİ HÖRMƏTLƏ XATIRLAYAR.Sadə və bəsitdir.UGURLAR!!!!!!!

Son yazılar