Şamaxıda iki ardıcıl zəlzələ

zelzele00Bu gün səhər saatlarında Şamaxıda iki ardıcıl zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla 09:26-da Qobustandan 24 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 5 km olub. Zəlzələ hiss olunmayıb.

Növbəti zəlzələ isə yerli vaxtla saat 09:47-də Qobustandan 20 km qərbdə, Şamaxıda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 16 km olub. Bu zəlzələ də hiss edilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar