Gül Qarabağdan danışdı

Vida nitqində regiondakı xroniki münaqişələrə toxunulub

Türkiyənin artıq sabiq prezidenti Abdullah Gül vida nitqində Qarabağ münaqişəsinə toxunub.

Gül çıxışında Türk dünyası ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfədən və Asiya ölkələri ilə genişləndirilmiş əlaqələrdən söz açıb.

"Mən eyni zamanda regionda xroniki münaqişələr olan Fələstin problemi və Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində fəaliyyət göstərmişəm", - deyə Abdullah Gül bildirib.

Qeyd edək ki, Türkiyədə son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan qələbə çalıb. Baş nazir postuna isə əvvəl xarici işlər naziri vəzifəsini icra edən Əhməd Davutoğlu seçilib.  /anspress

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar