"Sevilya" klubunun baş məşqçisində qan xərçəngi aşkarlanıb

İspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Xoakin Kaparrosun qanında xərçəng aşkarlanıb.

"Report"un "El Mundo Deportivo"ya istinadən məlumatına görə, bu barədə 63 yaşlı mütəxəssisin özü "Valyadolid"ə 2:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXI tur matçından sonra açıqlama verib. Kaparros müalicəyə ehtiyacının olduğunu və komandada mövsümün sonunadək çalışacağını bildirib. Təcrübəli mütəxəssis ona "Sevilya"ya Çempionlar Liqasına vəsiqə qazandırma missiyasını davam etdirmək imkanı yaratdığı üçün klub rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, La Liqada 31 turdan sonra "Sevilya" 49 xalla 5-ci pillədə qərarlaşıb və 4-cü pillədəki "Xetafe"dən cəmi 1 xal geri qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar