ARDNŞ "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaratdı

Dövlət Neft Şirkəti "Cənub qaz dəhlizi" layihəsi çərçivəsində iki şirkət yaradıb.

Şirkətlər 24 iyulda təsis edilib, Vergilər Nazirliyi rəsmi informasiyanı 20 avqustda «Vergilər» qəzetinin xüsusi buraxılışında verib.

Hər iki şirkət (“SOCAR Upstream Management İnternatilonal” və “SOCAR Midstream Operations”) ARDNŞ-in mərkəzi ofisindədir və 1000 manat nizamnamə kapitalına malikdir.

Xatırladaq ki, bu ilin fevralında “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrində Azərbaycanın iştirak payını idarə etmək üçün "Cənub Qaz Dəhlizi" QSC yaradılıb. QSC-nin nizamnamə kapitalı 100 milyon dollardır. QSC-nin səhmdarları ARDNŞ (49 faiz) və İqtisadiyyat və Sənaye Nazirliyidir (51 faiz). Yeni şirkətləri məhz bu QSC yaradıb.

May və iyulda SC $2 mlrd 163,7 mln məbləğində istiqraz buraxıb. Onları Dövlət Neft Fondu alıb. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar