"YAZIN Kİ, POZĞUN AİLƏNİN QIZIDIR, ONA GÖRƏ..." - Direktorun rüsvayçı səs yazısı + VİDEO

Xəbər verildiyi kimi ötən həftə 162 saylı məktəbin 3-cü mərtəbəsindən intihar məqsədi ilə özünü atan 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 6-da yerləşdirildiyi 1 saylı Şəhər Klinik Xəstaxanasında keçinib. Yeniyetmə qızın məktəb yoldaşları, yuxarı sinif şagirdləri tərəfindən müntəzəm olaraq təhqir edildiyi, ələ salındığı üçün intihar etdiyi üzə çıxıb. Bu haqda qızın anası mətbuata danışıb. O, bildirir ki, yuxarı sinif şagirdləri həmin məktəbə iki il əvvəl keçmiş qızını tez-tez ələ salıblar, ona alçaldıcı sözlər deyiblər. Bu haqda məktəbin müəllimləri və direktoru da xəbərdar olub. Amma heç bir tədbir görülməyib. Nəticədə Elina özünə qapanıb və bir dəfə intihara cəhd edib. Amma onu fikrindən daşındırmaq mümkün olub. İkinci dəfə isə artıq qızı xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni hüquq-mühafizə orqanları araşdırır. Məktəb direktoru Sevinc Abbasovanın da ifadə verdiyi bildirilir. Bu arada virtualaz.org xəbər verir ki, direktorun məktəblinin intiharı ilə bağlı onun ailəsini günahkar çıxarmağa yönəlmiş rüsvayçı səs yazısı da yayılıb.

Belə məlum olur ki, direktor hadisə ilə bağlı ona zəng vurmuş jurnalistə deyir: “Yazın ki, pozğun ailənin, uğursuz ailənin qızı olub. Anası yenidən ərə gedib, uşaqları var, ona görə də onunla maraqlanmayıb”.

[audio ogg="http://azpolitika.info/wp-content/uploads/2019/04/131949.ogg"][/audio]

 

162 saylı məktəbin direktoru Sevinc Abbasova

Bu faciə və direktorun rüsvayçı səs yazısı Azərbaycan məktəblərində təlim-tərbiyə işinin hansı səviyyədə olduğuna dair növbəti nümunədir. Direktorun yeniyetmənin məktəbdə müntəzəm ələ salınması, təhqir olunması ilə bağlı tədbir görmədiyi bir yana, Elinanın ailəsini “pozğun, uğursuz” adlandırır və məktəbdə baş vermiş cinayəti ört-basdır etməyə çalışır. Və bu direktor hələ də öz vəzifəsində qalmaqdadır.

Təhsil sahəsində ekspert Kamran Əliyev deyir ki, son bir neçə il ərzində orta məktəblərin inzibati binasında intihar halları dəfələrlə baş verib: 11 oktyabr 2018-ci il, nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. 25 fevralın 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Nəhayət 4 aprel 2019-cu il Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb.

“Hər 3 hadisə məktəbin 3 cü mərtəbəsində baş verib. Bu göstərir ki, bu ciddi siqnaldır. Yəni təzyiqə məruz qalan hər kəs edə bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir. Şagirdlər arasında aqressiv münasibətlər var. Baş verən hadisələrdən sonra, Təhsil Nazirliyinə təklif edirəm ki, bütün məktəblərə tələb qoysun ki, yuxarı mərtəbələrdə pəncərə bağlanmalı, açıq yer olmamalıdır. Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb bunu aradan qaldırmaq lazımdır. Burada tənəffüs vaxtı koridorlarda, xüsusi ilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır. Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmdə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır”, - Kamran Əsədov qeyd edir.

Digər təhsil eksperti Etibar Əliyev isə deyir ki,  məktəb və valideyn arasında əlaqə zəifdir. Məktəb psixoloqları müasir uşaq psixologiyanı yaxşı bilmirlər: “Bu məsələdə konkret nəsə demək çox çətindir. Çünki intihar aktı fərd tərəfindən ani şəkildə həyata keçirilir. Mən məktəbin kameraları tərəfindən görüntülərə baxmışam. O yaxınlaşır, o tərəf-bu tərəfə baxır, insanlar seyrələndə özünü atır. Bu qız haqqında çoxlu neqativ fikirlər var - onun məktəbini dəyişməsi, normal həyat tərzi keçirməməsi, valideynləri tərəfindən atılması, hətta qəyyumluğa belə götürülməməsi faktı var.  Amma dünya təcrübəsində belədir ki, uşağın məktəbdə olduğu dövrdə onun təhlükəsizliyinə, təhsilinə, tərbiyəsinə məktəb rəhbərliyi cavabdehlik daşıyır. Dünyanın inkişaf etmiş ölkələrində məktəb rəhbərliyi valideynlərlə hər gün yazışırlar, uşağın davranışı haqqında məlumat verirlər. Təəssüf ki, bizdə bu proses zəif gedir. Etiraf edək ki, məktəb psixoloqları müasir uşaq psixologiyasını zəif bilirlər, öz üzərlərində çalışmırlar”.

E. Əliyevin sözlərinə görə əslində məktəb psixoloqları davranışlarından şübhələndiikləri uşaqlarla daha çox məşğul olmalıdırlar.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə  hazırda istintaq getdiyini, məsələnin araşdırıldığını dedi: “Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Təhsil İdarəsi birgə bu hadisə ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda fakt araşdırılır, istintaq aparılır. Bu elə məsələdir ki, burada bütün tərəflərin mövqeyinin araşdırılması tələb olunur. Bu iş daha mükəmməl formada araşdırılmalıdır. Bu proseslər tam yekunlaşandan sonra əlavə məlumat veriləcək”.

Bəs məktəb rəhbərliyi şagirdin psixoloji problemlərini bildikləri halda niyə tədbir görməyiblər? Bu intihar hadisəsində məktəb direktoru məsuliyyət daşıyırmı? Bu suallara gəlincə isə C. Valehov hazırki məqamda bu barədə danışmağının doğru olmadığını dedi.

Xatırladaq ki, məktəblinin intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Mirzə AĞ 2019-04-08 13:43:05

Bu qadın müəllimə yox, "adamyeyənə" oxşayır...

Vekil 2019-04-08 13:43:05

Adamin bawinin uste Allah var gerek sozun duzunu deyesen direktor xanim bu ciddi meseleye cox "HESSAS" yanawib

Muellimeyem 2019-04-08 13:43:05

Bu qadinin sifetine baxin! Orada usaqlarla isleyen bir muellim, bir ana suyu varmi? Esla YOX ! Bu gun tehsilin bu gunde olmasinin sebebi bu cur isbazlarin mektebleri idare etmesidir! Muellim---- Bu beyem tek elm oyreden bir makinadir, yoxsa sagird, insan terbiye eden muellim- terbiyecidi! Gor tehsili kimler idare edir.

Aydın 2019-04-08 13:43:05

Özünü öldürmə dərəcəsinə çatdırma cinayət hesab olunur. Bu işdə təqsiri olan hər kəs yaş xüsusuyyətləri nəzərə alınmaqla qanunun tələbləri əsasında islah olunmalıdır.Əks təqdirdə bu hadisə cəzasızlıq mühitində oxşar hadisələrə rəvac vermiş olar.

Mehdi 2019-04-08 13:43:05

Bu direktor deqiq .... ..

AAgahuseyn 2019-04-08 13:43:05

Bu direktor məktəb direktorundan cdx ... alvercisinə oxşayır.İNDİ Misirin yeri görünür.

Sedaqet 2019-04-08 13:43:05

Bu nazirde zeifdi hec bir irəliyiş etmedi. Tehsil bizim kökümüzdü.. amma hani? Bir metr irəlu çəkə bilmir. Demeli gücsüzdü kapasitesi bu qederdu

Вугар керимов 2019-04-08 13:43:05

Есть такая отрасль в медицине- физиогномистика. Эта женщина груба, она администратор и много еще чего в ее "нежных чертах". Она по всем параметрам назначена для "работы" (надзирания) с учителями, а не с детьми

Veteran 2019-04-08 13:43:05

Sen estefrullah, Peygember ovladi olmuw olsan bele, bu sohbetden sonra bu yaziq qizin baresinde nece deyerler "zadnim cislom" hazirladigin "falwiviy" arayiwlarla ozunu sudan quru cuxara bilmeyeceksen! O yaziq bu sohbetlere gore yeqin ki, gunlerle goz yawi axidib, indi onun Allahi seni bu gune saldi, buna emin ol!

EJDER 2019-04-08 13:43:05

EWWI,KIM BILIR SUALA CAVAB VERSIN...BU ANALOQU OLMAYAN HOKUMETDE NE YAXWIDIR,TEQDIRE LAYIQDIR...HANSI IDARE,NAZIRLIK,ICRA HAKIMIYYETI DUZQUN ,XALQIN MANEFIEYI UCUN CALIWIR.X... BELE IDARE,NAZIRLIK TAPARSINIZ...O,DIREKTORUN YERI COOOOOX BAHADIR...INKIWAFDAN DANIWIN,KEYF ELEYIN.UQURLU XARICI SIYASETIMIZIDE YADDAN CIXIRMAYIN

pensioner 2019-04-08 13:43:05

Sir sifətindən pedaqoqa yox,məktəb bufetində peraşki satana oxşayır.

Ramin 2019-04-08 13:43:05

Salam,eziz Xalqim bir bu qadinin sifetine baxin ve gorun neye oxsayir?baxin bu sifetde hec nur varmi CELLADA oxsayir.Bunu teyin eden ... baxmadi .... yoxsa pulu alib ve emrini verib yeqin.

Əliəddin Abbasov 2019-04-08 13:43:05

Sadəcə həyəcansız oxumaq mümkün deyil. Qadının, müəllimənin bu qədər sadist, vicdansızlığını təsəvvür etmək belə çətindir. Bu qıza əl qaldıran uşaqlar, onların ata-anaları, qızı alçaldan həmin oğlan uşaqları təbii ki, vicdan əzabı çəkmirlər. Onların da bacıları, qız qohumları var. Onlara da eyni qaydada ən iyrənc ifadələrlə müraciət oluna bilər. Məktəb direktorunun hələ də vəzifədə saxlanılması Təhsil Nazirliyinin, cinayətə cəlb olunmaması isə əlaqədar orqanların insan talelərinə biganə yanaşmasından qaynaq

Elli 2019-04-08 13:43:05

Direktor Sevinc Abbasova uşaq intihar həddinə gətirildiyinə görə və uşaq haqqında, ailəsi haqqında dediyi nalayiq sözlərə görə, bir təhsil müəssisəsinin rəhbəri kimi, işinin öhdəsindən gəlmədiyinə görə məhkəməyə verilməli və qanunla məsuliyyətə cəlb olunmalıdır, əgər ədalət varsa.

Filosof 2019-04-08 13:43:05

Ehsen! Demeli ikinci defe aile quranlar pozgundurlar?! Allah senin cezani versin,cunki bendelerin haqqini odeyib sudden ag qawiq kimi cixacaqsan. Ancaq vicdanin qazan qarasi kimi qapqara qalacaq.

t.ədalət 2019-04-08 13:43:05

Bu məktəb direktoru,görünür, özü tərbiyəsiz ailənin övladıdır.Yoxsa,görpə qız haqqında belə əxlaqsız danışmaz.Məktəb direktorunun bu qədər murdar əxlaqa sahib olması sərgilədiyi hərəkətləri ilə sübut olunur.O, həm həbs olunmalı,həm də pedaqoji sahədən uzaqlaşdırılmalıdır.Rüşvətə görə beləsini direktor təyin etmək,elə ermənilik qədər xəyanətdir..

Son yazılar