"SƏRƏNCAMLARIMA CAVABDEHƏM " - Abutalıbov milyonluq qalmaqaldan danışdı

Bir neçə gün əvvəl baş nazirin müavini Hacıbala Abutalıbovla bir qrup sahibkar arasında narazılığın yaranması haqqında məlumat yayılmışdı. Bu haqda “Unikal” qəzetinə məlumat verən mənbə iddia  etmişdi ki,  narazılığın yaranmasına səbəb  vaxtilə Abutalıbovla sövdələşmiş on iki sahibkarla tikinti aparmaq icazəsi verilməməsi olub.

“Bildiyiniz kimi, tikinti ilə bağlı ölkə başçısının son fərmanına qədər iri miqyaslı tikinti işlərinə Bakı Şəhər İcra Hakimiyyəti icazə verirdi. Təbii ki, bu icazənin haqqı da iri məbləğlə ifadə olunurdu. Məndə olan məlumata görə, Hacıbala Abutalıbov Bakı meri olduğu dövrdə on iki sahibkarla Bakıda tikinti işlərinin aparılması ilə bağlı razılığa gəliblər. Həmin razılaşmaya görə sahibkarlar yüz milyon manat pul ödəyiblər. Ancaq bundan bir müddət sonra Hacıbala Abutalıbov Bakı meri postundan çıxarıldı. Bu səbəbdən də həmin sahibkarlara tikinti haqqında sərəncamı imzalaya bilmədi.

Sözügedən sövdələşmədə xanım iş adamının vasitəçi olduğunu deyən mənbəmiz əlavə edib ki, indi sözügedən sahibkarlar həmin xanım iş adamından ya onlara vəd olunan tikinti haqda sərəncamın imzalanmasını, ya da pullarının qaytarılmasını tələb edirlər. “Vasitəçi xanım isə narazı sahibkarları Hacıbala Abutalıbova yönləndirib” – deyən mənbəi deyib.

Hacıbala Abutalıbov məsələ ilə bağlı Unikal.org-a zəng edərək , barəsində yayılan informasiyaya mövqeyini bildirib: “Mənə yalnız bir qadın sahibkar müraciət edib. Həmin qadın sənədlərini mənə şəxsən təqdim etdi. Biz həmin sənədləri tam şəkildə araşdırdıq. Yüksək ixtisas sahibləri və mütəxəssislərlə müzakirə elədik. Həmçinin, tikintiyə icazəni hazırlayan Azərbaycanda yüksək mütəxəssis kimi tanınan Nadir Adıgözəlov keçmişdə Bakı Baş Tikinti İdarəsində yüksək vəzifələrdə işləyən, çox təmiz bir insan tərəfindən də yoxlanıldı. Müəyyən olundu ki, sərəncam qanunidir.

Bütün tikinti təşkilatları, nazirlik, komitə, şirkətlər tərəfindən müsbət rəylər alınıb. Tikintinin aparılması qanuni sənəd kimi, hətta nişan da verilib. Heç bir qanun pozuntusu yoxdur. Bununla əlaqədar olaraq şəxsən mən Nazirlər Kabineti adından imzaladım. Sənədləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova göndərdim ki, tikintinin aparılması qanunidir. Yəni, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi mən imzaladığım sənədlə bağlı hər hansı problem yoxdur. Ona görə də həmin qadın çox sevinclə mənim yanımdan ayrıldı. Tikinti işləri bu gün də davam etdirilir. Qalan sahibkarların da hər hansı biri müraciət etsə, mən onlara müsbət cavab verərəm. Onlara üzümü tutub deyirəm ki, imzaladığım sərəncamlar qanunidir.

Çünki Bakı Şəhər İcra Hakmiyyətinin başçısı işlədiyim zaman tikintiyə icazə sənədi hazırlayan şöbə müdiri Nadir Adıgözəlov tərəfindən hazırlanmış o sənədlər tam qanunlara uyğundur. Tərəfimdən sərəncam verdiyim həmin sənədlərlə sahibkarlar tikinti apara bilərlər. Burada ikinci söz ola bilməz. Bir daha diqqətə çatdırıram ki, icra başçısı olduğum zaman imzaladığım bütün sərəncamlara özüm cavabdehəm”.

AzPolitika.info

635x100

Şərhlər

Hacıbalaya 2019-04-08 14:14:54

İnsanda həya-abır yaxşı şeydir.Heyif ki,bəzilərində bu yoxdur.

jurnalist 2019-04-08 14:14:54

Mən inanmıram ki, Hacıbalanın keçmiş tarixə imzaladığı sərəncamla Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kimi prisioial şəxslər saxta sərəncamlarla aparılması nəzərdə tutulan inşaat işlərinə icazə versinlər. Hacıbala bu dəfə yaman ilişib. Həbsxananın qapılarını yaman döyür. Hacıbala anlamalıdır ki, adlarını sadaladığı şəxslər çox ciddi və şox təcrübəli vəzifəli şəxslərdirlər.

махмудов елман 2019-04-08 14:14:54

Bu halada basa dusmurki sahibkarlardan aldigi deyilan pulun adi rusvatdir ki agar onlarin dediklari vaverdiklari askardisa cinayatdir dovlatciliya zarbadir bu adam halada Bakidan alcakmir onun adamlari islarini bu gunda BSIH da davametdirir manzil tasarrufatinda gazet budkalari adiyla gurasdirdigi budka+marketlari saharin gozalliyina gozallik verir gazetdan basga har sey satilir

S.T. 2019-04-08 14:14:54

Bu... nazirinin muavinidir.Qiymetli kadr prezidetin soz verdiyi islahatlari aparacaq...

analitik 2019-04-08 14:14:54

Haclbala düz deyir. Sədaqət Məmmədova işdən qovulduqdan sonra tikintitiyə sərəncamları imzalatmağa bir sahibkar qadın-Nərminə gəlir. Amma Hacıbala bilməlidir ki, keçmiş tarixə imzaladığı sərəncamlara görə, sənədləri saxtalaşdırdığına görə cinayyət məsuliyyətinə cəlb edilə bilər. Müasir kimyəvi eksperiza, imzanın qoyulma tarixini yüksək dəqiqliklə təyin edə bilir. Havadan həsxana qoxusu gəlir.

antiAbu 2019-04-08 14:14:54

Hacıbalanın dediklərini Azərbaycan dilinə tərcümə edirəm: Nərminənin aldığı və Hacıbalanın vəzifəsini dəyişdiyinə görə sərəncamlar imzalamağa imkanı olmadığı və buna görə də yaranmış 100 milyonluq mübahisə keçmiş tarixə sərəncamlar imzalamaqla həll olunub. Vasitəçi qadın, Hacıbalanın yanına keçmiş tarixə hazırlanmış sərəncamlarla gedib, Tikintiyə nəzarət şöbəsinin müdiri Nadir Adıgözəlov tikintiyə başlamağa keçmiş tarixlə icazə verib. Hacıbalanın yüksək ixtisaslı mütəxəssis adlandırdığı Nadir, qardaşı Osmanın Bakı şəhər İcra Hakimiyyətinə “Qlavbakstroy”dan gətirdiyi alkaş dəstənin üzvlərindəndir. Statistikanın qabağında bina uçanda Hacıbalanı həbsxanaya düşməkdən Nadir qoruyub. Bu binanı tikənlər Nadirə pul verməyiblər və o da qəzəblənib, tikintini saxlamaq barədə məktub göndərib. Bina uçanda bu məktub Hacıbalanın canını həbsxanadan qurtarıb. Bundan sonra Nadir yüksək ixtisaslı mütəxəssis olub. Hacıbalanın göstərişi ilə uçan binadakı mənzillərə order satmış Akif Məhərrəmov isə Hacıbalaya görə bir ildən çox həbsxanada yatmalı olub.

Vətəndaş 2019-04-08 14:14:54

Oğru taslançı məmurlarlardan misli görünməmiş korrupsiya talan nıticəsində oğurladıqlartı xalqın pulunu zorla,dövlətin qanunu onlara da tətbiq edərək xalqa qaytarmaq lazımdır. Onların özlərini də məsuliyyətə cəlb etmək lazımdır. Qanun hamı üçün qanundur. Biri 5 min kredit götürür verə bilməyəndə polisə məhkəməyə verilir. O biri özünü asır yaqndırır, ürəyi partlayır,intihar edir. Yüzlərlə milyardları yeyənlər isə kefdədirlər. Qoruq qaytaq qoyan da yoxdur. Belə olmaz axı. Xalq artıq bilir 25 ildir talanıb və

Mahir 2019-04-08 14:14:54

Görəsən Abutalıbov nə dediyini və nədən bəhs etdiyini anlayırmı? Millət deyir ki,pulunu,yəni rüşvətini butalıbovun vasitəçisi ilə vermişik,amma sərəncam almamışıq.Yəni Abutalıbov vəzifəcə böyüdüyündən sərəncamları imzalayıb vasitəçi vasitəsilə pul aldığı insanlara çatdırmayıb.Şikayət bundan irəli gəlir. Abutalıbov isə artıq imzalanıb sahiblərinə çatdırıla sərəncamlardan dnışır.Ehtimal ki, sərəncamlarl təmin olunan digər insanlar sərəncam aldıqlarından rüşvətlərini çatdırsalar belə şikayətçi olmayıblar.

EJDER 2019-04-08 14:14:54

BRAVO ,MOLODES...BU ANALOQU OLMAYAN HOKUMETIN.ANALOQU OLMAYAN KORRUPSIYA IDARESI VAR,METRO TAQI 40 IL YEYIB ICMIR ,3 MILYON PUL YIQIR...YASAMAL YAPINI TEMIR ETDIRIR...BU ANALOQU OLMAYAN MERIMIZDE 12 SAHIBKARA ,,ATIB,,...HA HA HA .,,WOHRET,,ORDENI VERIB,VEZIFESI BOYUDULMELIDI.HA HA HA ,GEL BUNLARLA INKIWAF ELE,LUKAWENKO CANI

Son yazılar