İŞİD-lə bağlı müdhiş iddia - 10 dollar verən sərhədi keçir
İngiltərənin “Daily Mail” qəzeti məmurlara 10 dollar verən İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının asanlıqla sərhəddən Suriyaya keçdiyini iddia edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sərhədə qədər gedən qəzetin müxbiri hər gün 20 adamın “cihada giriş qapısı” adı verilən bu yolla İŞİD-ə qatıldığını yazıb.
Amerikalı jurnalist James Foley'in başının kəsən kişinin ingilis olduğunun bilinməsindən sonra “Daily Mail”in müxbiri Sam Greenhill bu insanların Suriyaya gediş yolunu araşdırıb. İngilislərin turist kimi Antalyaya gəldiyini yazan Greenhill belə bir iddia da irəli sürü: “Buradan sərhədə yaxınlaşan cihadçılar heç bir problemlə qarşılaşmadan sərhədi keçirlər. Sərhəddə xidmət edənlər 10 dollara keçişlərə göz yumurlar”.
Xəbərdə sadəcə İngiltərədən deyil, bütün Avropadan yola çıxan gənclərin İŞİD-ə qatılmaq üçün Türkiyə üzərindən keçdikləri də vurğulanıb. Antalya vasitəsilə Hataya gedən gənclərin “cihad yolu” adı verdikləri bu marşrutdan sonra asanlıqla maneəni aşdığı da bildirilir. Özünün də sərhədə getdiyini qeyd edən müxbirin yazdığına görə, Suriyada döyüşdükdən sonra İngiltərəyə qayıdan 250-yə qədər ingilis eyni yol ilə gedərək geri gəliblər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.