BAKININ MƏŞHUR GECƏ KLUBU YENİDƏN AÇILDI - "Haqqımı verib, açdım" + VİDEO

Ötən ilin sonlarında bağlanan Bakının ən məşhur və ən qalmaqallı kecə klublarından olan "İnfiniti" fəaliyyətini yenidən bərpa edib.

“AzPolitika”ya daxil olan məlumata görə, hazırda gecə klubunu İrandan olan bir iş adamı işlədir. Ancaq klubunu sahibinin və himayəçilərinin yerli vəzifəli şəxslər olduğu bildirilir.

"İranlı iş adamının, fəaliyyəti ciddi ictimai narazılıq doğuran klubu yenidən işə salması elə də çətin olmayıb. Dediyinə görə, "haqqını" verərək, icazə alıb. İndi orada və ətrafında əvvəlkindən də biabırçı vəziyyət hökm sürür. Ərazidə “İnfiniti”dən əlavə "Ellepis" və başqa bir adda gecə klubu açıldığından, həmçinin çoxlu sayda otel fəaliyyət göstərdiyindən, pozgun həyat tərzi keçirən insanların, əxlaqsız qadınların əsas məkanına çevrilib", - ətrafda yaşayan Bakı sakini bildirib.

Qeyd edək ki, Bakının mərkəzində yüngül əxlaqlı qadınların ən çox toplaşdığı və bu üzdən də ərəblərin sevimli məkanına çevrilmiş gecə klubunun ötən ilin sentyabr ayının sonlarında bağlandığı elan olunmuşdu. Konkret səbəbi açıqlanmasa da, bunu klubda baş verənlərin geniş ictimai narazılıq doğurması ilə izah edirdilər. Ərəblərin Bakının gecə klublarında, hətta şəhərin mərkəzində pozğun qadınlarla min cür hoqqadan çıxması ölkə ictimaiyyətinin narazılığına səbəb olmuşdu. Hətta bəzi ziyalılar bununla bağlı müafiq tədbirin görülməsi üçün ölkə rəhbərliyinə müraciət də etmişdilər. Klubda əxlaqsızlığın əndazəni aşması, orada baş verənlərin səsinin hətta ölkə hüdudlarından kənara belə yayılması ilə bağlı belə bir qərarın verildiyi iddia olunurdu.

Düzdür, klub bağlandığı elan edildikdən sonra da müəyyən müddət fəaliyyətini davam etdirdi. Belə ki, bir müddət əvvəlcədən aylıq pul ödəyib kluba üzv olan “elit müştərilərə” və varlı turistlərə xdmət göstərdi. Ancaq bu da çox çəkmədi.

Ötən ilin dekabrında dövlət orqanlarının (konkret qurumun adı çəkilmir-müəl.) tələbi ilə klubun fəaliyyəti tam dayandırıldı, hətta içi belə boşaldıldı. Bundan sonra klub bir müddət işləmədi. Ancaq çox keçmədi ki, hansısa "sehirli əl" klubun fəaliyyətinə "yaşıl işıq" yandırdı və “İnfiniti”nin ətrafında "can bazarı" bərpa edildi. Yəni, hər şey qaldığı yerdən davam etdirilir.

Gözləyək, görək, indi hansı xarici ölkə vətəndaşı gəlib buradan reportaj hazırlayacaq...

Xatırladaq ki, ötən ilin əvvəlində İraqdan olan blogerin “İnfiniti” gecə klubundan hazırladığı reportaj həm yerli, həm də xarici mətbuatda geniş şəkildə yayımlanmışdı. Ərəblərin Azərbaycandaki gecə həyatından bəhs edən reportajda “İnfiniti” klubun qarşısında qadın alverinin getdiyini, klubun əxlaqsız qadınların məskəninə çevrildiyini nümayiş etdirən görüntülər əks olunmuşdu. Məhz həmin qalmaqallı reportajdan qısa müddət sonra gecə klubunun bağlandığı elan olunmuşdu.

AzPolitika.info

 

635x100

Şərhlər

oxucu 2019-04-09 13:18:19

QEYRƏTİMİZ GETDİ ƏLDƏN AY HARAY...................

AYRİM 2019-04-09 13:18:19

Bu obyektin tarixindən qisa arayiş vermək məcburiyyətindəyəm. Obyekt 1996-cı ilə kimi Qarabağ döyuşlərinə gedən və hazirda 1-ci qrup əlil ermənistandan məcburi kockün Roman Nəsibavun olub. Müharibədə olmasından istifadə edən Hacıbala obyekti əvvəlcə müğənni Floraya verib qanunsuz sərəncamla Florada satib Məhəmməd adlı İran vətəndaşına yaxud şərikli işlədirlər. Bundan əlavə Roman Nəsibovun R.Behbudov kücəsindəki obyektini isə hop-hop Nizami alaraq öz adına kecirib Bunları qəzetimizdə yazmışıq amma nə fayda.

Moshu 2019-04-09 13:18:19

Vaxt varıydı bizim kişilər Rusetə, Ukraynaya və başqa respublikalara kef etməyə gedirdilər. İndi isə ərəblər, zəncilər, yadplanetlilər bura gəlilər.... bizim klub işlədən biqeyrətlər isə peysərə verərək özlərini görməzliyə vururlar. Təki pul gəlsin. Ən azından, ölkə başçısı bu məsələlərə nöqtə qoymalıdır. Hüquq-mühafizə orqanlarından bu biabırçılığın səbəbini sormalıdır. Əgər bu biabırçılığa hüquq-mühafizə orqanları göz yumurlarsa biz vətəndaş olaraq toplum şəklində buna etiraz etməliyik... Bu fahişəxanalar yığışdırılmalıdır, ona son qoyulmalıdır... Bu işitəşkil edənlər,himayə edənlər, dəstəkləyənlər öz arvadlarını, qız-gəlinlərini də “İnfiniti”yə göndərsinlər, təki bir az çox pul gəlsin....

XX-1dən romana 2019-04-09 13:18:19

Qardaşım, bu hökümətdə hər hansı sahəyə cavabdeh olan qurumlar, həmin sahələri biabırçı hala salmaqla məşğuldurlar. Çünki hər sahə monopoliyadır. Bir kəs o birisinin sahəsinə girə bilməz!! .... Azərbaycan xalqına "əxlaq dərsi" verənlər Aygün Kazımovalar, Mələykə Əsədovalar, Nazpərilər, Şəbnəmlərdirsə, "İnfinitilərdə" kef çəkən ərəb və iranlıların şam tutanları da onların şestyorkaları olmalıdır!! Çünki onlar üçün əxlaq arabanın beşinci təkəri kimidir!!

roman 2019-04-09 13:18:19

Əfsuslar olsun ki,bu əxlaqsızlığa cavabdeh olan orqanlar göz yumurlar..amma ərəblər də heç kimi evindən zorla aparmırlar gecə klublarına,otellərə ...

Bashirov Qarib 2019-04-09 13:18:19

Bu,uzun muddətli dövlət lahiyəsidir. Heç kim bu layihəni durdurmaq hökmundə deyil.

Adam 2019-04-09 13:18:19

bunlar Milli Məclisin ( Milli Məclis demək olarsa) sədri Oqtay əsədovon striptiz barı olduğu meydna çıxdıqdan sonrə həvəslənib, ürəklənib öz obyektlərini işəsalıblasr. Vallahi biabırçılıqdır. .

Son yazılar