“Qarabağ” Hollandiyaya yollandı

Avropa Liqasının “Pley-off” mərhələsi çərçivəsində “Qarabağ” futbol klubu Hollandiyanın “Tvente” klubu ilə cavab oyununa çıxacaq.

Modern.az xəbər verir ki, oyun avqustun 28-i saat 22:30-da “De Grolsch Veste” stadionunda baş tutacaq. Görüşü italiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Paolo Silvio Mazzoleni, onun köməkçiləri isə Lorenzo Manganelli və Alessandro Petrella olacaq. Dördüncü hakim funksiyasını isə Sebastiano Peruzzo yerinə yetirəcək. Artıq komandamız cavab qarşılaşması üçün dünən Hollandiya yollanıb.

Qeyd edək ki, komandalar arasında avqustun 21-i Bakıda baş tutan ilk görüş 0-0 hesabı ilə başa çatmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar