Bakıda keçiddə üç nəfəri vuran sürücünün cinayət işi məhkəməyə göndərilib

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Natiq Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yenidən başa çatıb. "Report"un məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Anar Tanrıverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 16-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 29-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində baş verib. Həmin ərazidə 1986-cı il təvəllüdlü N.Abdullayev idarə etdiyi "Hyundai Accent” markalı, 99 NU 793 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə piyada keçidinin üzərində yolu keçməyə çalışan 3 gənci - 1996-cı il təvəllüdlü Bəndalıyev Nahid Zahid oğlu, 1995-ci il təvəllüdlü Bayramlı Tərxan Rəfail oğlu və 2001-ci ildə anadan olmuş Rəsulov Nicat Həyat oğlunu vurub. Nəticədə 22 yaşlı N.Rəsulov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər 2 piyada isə müxtəlif dərəcəli xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar