Putin Ərdoğanla S-400 üzrə müqavilənin reallaşdırılmasını müzakirə edib
Baxiş sayı:
Dərc olunub:
08/04/2019 - 21:48
Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı müqaviləsinin reallaşdırmasını müzakirə edib.
Bu barədə "Report" Rusiya mətbuatına istinadla xəbər verir.
"Rusiya və Türkiyənin hərbi-texniki sahədə əməkdaşlığının vəziyyəti, xüsusi halda S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükü müqaviləsinin reallaşdırıması müzakirə edildi", - deyə Putin danışıqların nəticəsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıq çərçivəsində başqa cari və perspektivli layihələrdən də söhbət açılıb.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.