Zelenski Putinlə görüşə hazırdır - “Rusiya ilə danışmaq lazımdır...”

Ukraynada keçirilən seçkidə prezidentliyə ən real namizəd sayılan şoumen Vladimir Zelenski Rusiya ilə münasibətlərə dair planlarından danışıb. “AzPolitika.info” xəbər verir ki, Zelenski Vladimir Putinlə görüşə hazır olduğunu bəyan edib.

Prezidentliyə namizəd deyib ki, Putinlə aparılacaq danışıqlarda Ukrayna ərazilərilə bağlı hər hansı güzəştdən söhbət gedə bilməz: “İnsanların və ərazilərin qurban verilməsindən söhbət belə gedə bilməz. Ukraynanın ərazi bütövlüyü sabit olmalıdır. Bu, təkcə Konstitusiyada yox, hər bir normal adamın, hər bir Ukrayna vətəndaşının qəlbindədir, mən buna əminəm.”

Zelenski hal-hazırda əsəs məslənin müharibənin, hərbi əməliyyatların dayandırılması olduğunu deyib: “Müharibə dayanmalıdır ki, bizim uşaqlar ölməsin. Müharibə birmənalı olaraq, Rusiya ilə aparılır. Ona görə də məhz Rusiya ilə danışmaq lazımdır. Və Qərb ölkələrinin təmsilçilərinin iştirakı ilə Rusiyayla danışıqların yeni formatı müəyyən edilməlidir. “

V.Zelenski Minsk prosesi çərçivəsində danışıqların davam etdirilməsinin tərəfdarı olsa da, formatın dəyişdirilməsinin vacib olduğunu bildirib.

635x100

Şərhlər

Geber 2019-04-09 00:01:40

iti dilli təlxəklər , prikol tutmaqa meyilli KVN-ci şuurlu , vəyaxud hazircavablar , kinaiyyə ilə danişanlar , üc ağacin arasinda azmaqla , kasibciliqin aqentləridir. Necə , ki rayionlular prikol tutan bakililari 70 -ci illərdən əvəzlədilər Futbol haqda şeir yazmaq mümkünsüzdür . təlxəkə prezident monoloqunu yazan , bilmədən uc yaşli Dalay Lamanin deyil 40 yaşli cinsi inkişafi olan Dalay Lamanin obrazini yaradir. Hal buki Dalay Lama 3 yaşi və cinsiyyəti inkişaf olmadiqi halda secilməlidir İzah .

Mirzə AĞ 2019-04-09 00:01:40

Bizim hakimiyyət bir şoumen qədər də olmadı ki, danışıqlsrın məhz Rusiya ilə aparılmalı oldumunu elan etsin!

Son yazılar