Raul Qonsales baş məşqçi kimi ilk titulunu qazanıb

Dərc olunub: 08/04/2019 - 22:51

9debeb6d-0347-4ff1-aa0d-57d6fe1e58ab“Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonsales klubun U-18 komandasına baş məşqçi kimi İspaniya çempionluğu qazandırıb.

“Report”un məlumatına görə, 41 yaşlı sabiq hücumçu “Instagram” hesabına komandanın fotosunu yerləşdirib. O, “Böyük çempionlar komandasının bir hissəsi olmağıma çox şadam” yazıb. Bu, ulduz futbolçunun baş məşqçi qismində ilk titulu olub.

Qeyd edək ki, Raul Qonsales U-18-ə martda baş məşqçi təyin olunub. Ötən illərin məşhur qolçusu Alvaro Benitonu əvəzləyib. O, “Real Madrid”də 1994 – 2010-cu illərdə çıxış edib. Raul futbolçu kimi 6 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb.










loading...


Fikrinizi bildirin