Ağ Ev ABŞ-ın Məxfi Xidməti rəhbərinin istefasını təsdiqləyib

Birləşmiş Ştatların Məxfi Xidmətinin başçısı Rendolf Alles öz postunu tərk edir.

"Report" "ABC News" a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

"ABŞ-ın Məxfi xidmətinin direktoru Rendolf Alles son iki il ərzində agentlikdə böyük iş görüb və prezident ona dövlətə 40 ildən çox xidmətə görə təşəkkür edib", - deyə Sanders bildirib.

Qeyd edək ki, ABŞ prezidenti bu vəzifəyə Ceyms Mürreni təyin edib.

Daha əvvəl administrasiyadan rəsmi şəxslərə istinadən Amerika KİV-i prezident Donald Trampın Allesi istefaya göndərmək planları haqqında yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar