Bakıda mənzildə 69 yaşlı kişinin cəsədi aşkarlanıb
Baxiş sayı:
Dərc olunub:
09/04/2019 - 00:16
Bakıda mənzildə 69 yaşlı kişinin cəsədi aşkarlanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Cəfərov Müseyib Şirin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.