"MƏNƏ TORPAQ SAHƏSİ TƏKLİF ETDİ, QOVDUM..." - Direktor Elinanın anasını susdurmaq istəyir

"Mən qızımın qanını yerdə qoymayacağam. Ədalətin bərqərar olması üçün bu işin sonuna qədər gedəcəyəm. Çünki mənim balam çox təmiz və mələk idi. Mən həmin direktorun və ya bundan sonra müəllimə işləyəcəksə müəllimə kimi digər anaların uşaqlarını məhv etməsinə icazə verməyəcəm".

"AzPolitika" xəbər verir ki, bu sözləri News24.az-a açıqlamasında özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən mərhum Elina Hacıyevanın anası Sevil Hacıyeva deyib. O, ötən gün 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın onun və Elinanın haqqında işlətdiyi nalayiq ifadələrlə bağlı da danışıb.

Yenicə balasını itirmiş ana baş vermiş hadisəylə bağlı Sevinc Abbasovanı məhkəməyə verəcəyini də açıqlayıb:

"Mən onu məhkəməyə verəcəyəm. Hazırda araşdırmanın nəticəsini gözləyirəm. Bu iş belə qalmayacaq. Utanmadan məktəbin direktoru Sevinc Abbasova mənim yanıma gəlib, Badamdar qəsəbəsində ən bahalı yerdə torpaq sahəsi təklif etdi ki, bircə mən danışmayım və məsələ bağlansın. Onu evdən qovdum..."

635x100

Şərhlər

Veteran 2019-04-09 16:21:50

COX BOYUK AYIB OLSUN! Bu qeder murdar fendlere muxtelif variantlara el atmaqdansa ilk deqiqeden qabaga durub bu qizin ezizlerinden yaxinlarindan uzur isteseydin ola bilerdi ki, belke de seni bagiwlayardilar. Sene sadece vaxtinda etdiyin mesuliyyetsizliyini etiraf etmek gerek idi. Bunu etmek evezine meseleye qeyri-insani ve qadina yarawmayan bir munasibet bildirmek, daha sonra mesum qizcigazin qanini torpaqla "barter" etmek isteyin senin acinacaqli sonunu getirecek!

Elli 2019-04-09 16:21:50

Allah rəhmət eləsin balamıza!, Allah səbr versin anaya. Sevinc Abbasova mütləq məhkəməyə verilərək cəzalanmalıdır, əgər ədalət varsa.

Son yazılar