Ərdoğan futbolçunun problemini 1 zənglə həll etdi

Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan “Trabzonspor”un futbolçusu Belkalemin Rusiyaya girişində yaranmış problemi həll edib. Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Avropa Liqasının pley-off mərhələsində “Rostov”la qarşılaşmaq üçün Rusiyaya yola düşən “Trabzonspor” problemlə üzləşib. Rusiya klubun əlcəzairli müdafiəçisi Belkalemin pasportu cırıldığı üçün onu ölkəyə buraxmayıb.

Türkiyənin Moskva və Novorossiyskdəki diplomatik korpusu işə qarışsa da, problem öz həllini tapmayıb. Bundan sonra “Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlu R.T.Ərdoğana zəng edib. Telefon danışığından cəmi 10 dəqiqə sonra problem həll olunub və Belkalem Rusiyaya buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar