İsa Qəmbərin müşaviri istefa verdi

Müsavat başqanının müşaviri Səxavət Əlisoy partiyadan istefa verib.Publika.az xəbər verir ki, S.Əlisoy istefa ərizəsini başqan İsa Qəmbərə təqdim edib.

“Hörmətli, İsa bəy! Müsavat Partiyasının növbəti qurultayında Başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən istefamı qəbul etməyinizi rica edirəm. Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər vəzifə sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq.

Hörmətli, İsa bəy! Müsavat Partiyası Azərbaycanda demokratiyanın və söz azadlığının oturuşması üçün ardıcıl mübarizə aparır. Əminəm ki, qarşıdakı qurultaydan sonra da Müsavat Partiyası bu mübarizənin önündə gedəcək”, - deyə müşavir istefanın səbəblərini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar