Bakıda 56 yaşlı kişini güllələyən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakıda adamöldürməyə cəhddə təqsirləndirilən Rafət Nərimanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il iyunun 8-də Bakının Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar