“Azadlıq” 80 min manatlıq aksiya keçirdi

Avqustun 27-də “Azadlıq” qəzetinin kollektivi “Qasid” mətbuat yayımı firmasının Bakıdakı mərkəzi ofisi qarşısında piket keçirib. “Media forum” saytı xəbər verir ki, qəzet əməkdaşları firmadan redaksiyaya borcunu ödəməyi tələb ediblər.

“Azadlıq”ın baş redaktor müavini Rahim Hacıyev bildirib ki, bu dəfə “Qasid” rəhbərliyindən onların qarşısına çıxan, hər hansı izahat verən olmayıb.

Rahim Hacıyev əlavə edib ki, mətbuat yayımı firmasının qəzetə olan borcu 80 min manata yaxındır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar