“Türkiyəyə S-400 tədarükü Moskva üçün prioritetdir” – PUTİN

Dərc olunub: 09/04/2019 - 22:16

Baskan-Erdogan-Moskovada

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya-Türkiyə yüksək səviyyəli əməkdaşlıq Şurasının iclasının açılışındakı çıxışı zamanı prezident Vladimir Putin bəyan edib ki, Türkiyəyə S-400 «Triumf» ZRK-nin tədarükü həm Moskva, həm də Ankara üçün prioritetdir.

Putinin sözlərinə görə, əməkdaşlığın möhkəmləndirilməsi tapşırıqları həm də hərbi-texniki sahədə müəyyən olunur və söhbət ilk növbədə, Türkiyəyə S-400 ZRK-nin tədarükündən gedir. Putin əmin edib ki, digər perspektiv layihələr də var və bildirib ki, Tükiyəyə digər hərbi təyinatlı Rusiya məhsullarını verməyi nəzərdə tutur.

Xəbər verildiyi kimi, bu gün Kremldə Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub. Bir sıra məsələlər müzakirə olunub, o cümlədən, Suriyadakı vəziyyət, Ankaraya S-400 ZRK tədarükü, «Türkiyə axını» qaz kəmərinin reallaşdırılması, «Ağquyu» atom-elektrik stansiyasının tikintisi və s. məsələlər nəzərdən keçirilib.

Eyni zamanda Rusiya-Türkiyə yüksək səviyyəli əməkdaşlıq Şurasının iclası keçirilib, biznes nümayəndələrinin görüşü planlaşdırılıb. Bu görüş «dairəvi masa» formatında olacaq.
Bir sıra digər birgə sənədlərin imzalanması da planlaşdırılır.








loading...


Fikrinizi bildirin