Türkiyə XİN ABŞ-ın "Sepah"la bağlı qərarını tənqid edib

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) ABŞ-ın terror qruplaşmaları siyahısına salmasına münasibət bildirib.

"Report" "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın qərarını tənqid edən nazir bildirib ki, bu cür qərarlar regionda qeyri-sabitliyə səbəb olacaq.

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror qruplaşmaları siyahısına salıb. Bu qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi (XİN) ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar