«Seçkiləri Poroşenko udacaq...» - Lukaşenkodan ukraynalılara məsləhət

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarusun prezidenti Aleksandr Lukaşenko Ukrayanadakı prezident seçkilərinin mümkün nəticələri barədə fikir söyləyib. Prezident öz fikirlərini Türkiyənin «Anadolu» informasiya agentliyi ilə bölüşüb.

Belarus prezidentinə xatırladıblar ki, martın 1-də baş tutmuş «Prezidentlə böyük danışıq» verilişində o, qonşu ölkədə keçirilən prezident seçkilərinin gözlənilən qalibi kimi fəaliyyətdə olan prezident Pyotr Poroşenkonu gördüyünü bildirib. Onan soruşublar: «Ötən ay ərzində onun fikri ləyişməyib ki?»

«Birinci turdan sonra Zelenski liderlik edir. Poroşenko ondan geri qalır. İkinci turun necə qurtaracağını heç kimi qabaqadan deməyə cürət etməz. Amma mən, bu fikrə meylliyəm ki, seçkiləri Poroşenko udacaq» - Lukaşenko bildirib.

O, əlavə edib ki, iki namizədi müqayisə etmək istəmir, nədən ki, Poroşenkonu şəxsən tanıyır, Vladimir Zelenskini isə yalnız ekranlarda görüb.

Lukşenko həm də Ukraynada yayılmış bu qənaəti şərh edib - Zelenskinin uğuru onunla izah edilir ki, seçicilər onu Poroşenkonun «acığına» dəstəkləyirlər - fəaliyyətdə olan prezidentə səs verməmək üçün: «Səs verməli heç kim yoxdursa, o zaman heç səs vermək də lazım deyil».

Vəziyyətdən çıxış yolu kimi, Lukaşenko Ukraynada təkrar seçkilərin keçirilməsini məsləhət bilib.

635x100

Şərhlər

Geber 2019-04-10 00:33:09

Uzun adam və kolxozcuya ğec catir . Poroşenko ğetsə Putin bir ay qala bilməz . Putin ğetsə Lukaşenko ğedəcək , Nazarbayev qayida bilməyəcək. Bu adamlari bir kreslonun üstundə oturublar :- fikrim odur , ki bunlara qarşi qərbin oynadiqi ğizlin oyun artiq bitmək üzrədir , bunlar isə qipnozludurlar . məsələn Putinin boş eqo şarini : Qərb qrbacov sayaqi nasosla vurur. Bu insanlari Qərb seytnotda ağildan zəifliyə dücar edib , möcüzəyə inandirib , sağlam düşüncələri ğüzğüdə /Nazarbaeyv / sinib . .

Son yazılar