Çexiyanın Rimarjov şəhərinin meriya binasında partlayış baş verib

Çexiyanın şimal-şərqində yerləşən Rimarjov şəhərinin meriya binasında partlayış baş verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Lyudek Simko bildirib. O, qeyd edib ki, partlayış zamanı xəsarət alan olmayıb: "Partlayıcı qurğunun meriya binasına kimin keçirdiyini bilmirik. Partlayışdan sonra isə yanğın baş verib".

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar partlayışa səbəbin bomba olmasını təsdiq etməyiblər.

Buna baxmayaraq yerli sakinlər jurnalistlərə bildiriblər ki, polislər ehtimal olunan cinayətkarı saxlayıblar. O, meriyanın qarşısında olan bankın binasında həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar