Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqustun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 34-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar