KƏMALƏDDİN HEYDƏROVUN OĞLU İSTEFA VERDİ - Açıqlama

"Qəbələ" İdman Klubunun prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu barədə klubun rəsmi saytına istinadla "Report" məlumat yayıb.

T.Heydərov 13 ilə yaxın, 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.

İstefanın səbəbləri haqda heç bir məlumat verilmir.

"AzPolitika" xatırladır ki, T.Heydərov atasının qurduğu böyük biznes imperiyasının - "Gilan" Holdinqin başında durur. "Qəbələ" İdman Klubu da "Gilan"a daxil olan çoxsaylı şirkətlərdən biridir.

“Dünən Tale Heydərov “Qəbələ” İdman Klubu prezidentliyindən istefa verib. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir”.

Bu barədə klubun yaydığı məlumatda bildirilir.

“Tale Heydərovun rəhbərliyi altında “Qəbələ” İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq​ Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilmişdir. “Qəbələ”, Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlmişdir.

İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını demişdir: “Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azərkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar”.

Klubun son illərdəki ən böyük uğurlarından biri “Qəbələ” Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.

Klubumuzun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun “Qəbələ” üçün böyük işlər gördüyünü vurğulamışdır: “Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar “Qəbələ”nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm “Qəbələ”ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq “Qəbələ” üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

Tale Heydərovun klubdan ayrılması bu il Bakıda açılması planlaşdırılan Ronaldinyo Futbol Akademiyasının açılışına təsir etməyəcəkdir. Ronaldinyo akademiyası T. Heydərovun Azərbaycan futboluna bağlılığının parçasıdır və “Qəbələ” İK, eləcə də bütün ölkə üçün futbol istedadlarının yeni nəsillərini yetişdirəcək”, – deyə məlumatda bildirilir.

 

635x100

Şərhlər

mehdi 2019-04-11 10:40:34

Allah Atanada qismət eləsin.2012 Qaxın zəlzələ pullarini hələ ödəməyib.

EJDER 2019-04-11 10:40:34

BELI,ATMAQ ,ATMAQ YENEDE ATMAQ...NEJE DEYERLER ,MAHNI DAQLARDA, YENI QEBELEDE QALDI.,,YAWASIN,,GORMEMIWLER PARTIYASI...HA HA HA SULEMAN PEYQENBERE QAMAYAN DUNYA,...TULEYMANA QALAR.AQSAQQALLAR WURASI BILER,YEQIN HARAMIN AXIRI,XEYRI OLMAZ...ALLAH BOYUKDUR

NT 2019-04-11 10:40:34

Bu isa o deməkdirki Qəbələ Futbol klubu artıq Xəzər Lənkəran kimi tarixə qovuşacaq -heyiffffffffffffff çox heyif....heyiffff

Müfəttiş 2019-04-11 10:40:34

Qaldı o biri oğlu Nıcat, hansı ki o boyda MKT şirkətini təsbeh kimi fırladır...

Mehdi 2019-04-11 10:40:34

Göresen boyuk,dehsetli,yeke biznes sirketleri neynen qurublar.Men 45 ilden coxdu özumu oda köze vururam,özumde SSSR nin dövrunde cox vezifelerde islemisem hec milcek boyda da sirket mirket qura bilmirem.Bunlar neynen eliyirler basa duse bilmirem.Basa dusurem ey eslinde.Ne bilim vallah.E,qoyun imkan verin bu milletde yasasindee.

Son yazılar