İcbari sığortası olmayan avtobuslar xətdən çıxarılacaq

Azərbaycanda icbari sığortası olmayan avtobuslar xətdən çıxarılacaq. Bunu fins.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquq şöbəsinin aparıcı məsləhətçisi Cahangir Rzayev deyib.

O bildirib ki, ötən il icbari sığortası olmayan şəhərlərarası və beynəlxalq sərnişindaşımalarla məşğul olan 183 avtobus, bu ilin 6 ayı ərzində isə 74 avtobus cərimələnib.

Cahangir Rzayev bildirib ki, icbari fərdi qəza sığortası olmadığına görə 2 dəfə cərimələnən avtobus 3-cü dəfə xətdən kənarlaşdırılacaq:

«Sığortasız avtobuslar saxlanılacaq və dərhal protokol tərtib ediləcək».

Nazirlər Kabinetinin «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nda edilən son dəyişiklikdən sonra Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir səlahiyyət verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar