“ƏLİYEV SƏRƏNCAM LAYİHƏSİNİ CIRIB ATDI...” - "Hakimiyyətdə çox radikal güclər var"

“Heydər Əliyevlə münasibətlərim olduqca mürəkkəb idi, bu münasibətlər o, istefa verdikdən sonra xeyli yaxşılaşdı. O, Moskvada olanda mən onunla ünsiyyət saxlayırdım və heç kim onun dönəcəyini hətta xəyal belə edə bilməzdi. Və o, geri döndükdən sonra biz bir müddət əlaqə saxladıq, o, mənim və qardaşımın yubileyində iştirak etdi. İlham Əliyevlə münasibətlərim həmişə çox yaxşı olub, o çox tərbiyəli, hörmətcil, yaşlı insanlara hörmətlə yanaşan insandır və münasibətlərimiz çox yaxşı idi".

Virtualaz.org bildirir ki, məşhur kinodramaturq Rüstəm İbrahimbəyov bunları "Dojd” telekanalına müsahibəsində deyib.

Məşhur kinorejissor Azərbaycan hökuməti ilə əlaqələrinin kəskinləşməsindən də danışıb. R.İbrahimbəyov əmindir ki, Azərbaycanda hakimiyyət öz mahiyyəti etibarilə yekcins deyil. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl Bakıda onun başının üstünü təhlükə alıbmış: “Təhlükə kifayət qədər ciddi idi. Və nə vaxt ki, mən qardaşımın dəfninə gəldim, bəzi yüksək vəzifəli şəxslər dedilər: "Ah, bizim hakimiyyət necə də humanistdir, biz İbrahimbəyova dəfnə gəlməyə icazə verdik". Mən, təbii ki, onlara güldüm. Yəni başqa yerlərdə olduğu kimi, Azərbaycanda da hakimiyyət yekcins deyil. Orada çox radikal güclər var, hansılar ki, axırıncı dəfə, yarım il əvvəl -"Qafqaz triosu" filmimin ekranlara çıxması ilə əlaqədar mənimlə haqq-hesab çəkmək istədilər. Yarım il əvvəl elə bir KİV orqanı yox idi ki, mənə çamur atmasın”.

R. İbrahimbəyovun sözlərinə görə, Bakıda onu titullarından və mükafatlarından məhrum etməyə çağırıblar, hətta Prezidentə müvafiq fərmanın layihəsi də təqdim olunub. Ancaq İ.Əliyev həmin fərman layihəsini, sözün hərfi mənasında, cırıb atıb: «Sizə deməliyəm ki, bu həqiqətdir, beş ay əvvəl mənim bütün titullardan və mükafatlardan məhrum edilməyim barədə prezident fərmanının layihəsi ona təqdim olunanda o. “bu biabırçılığı qurtarın” deyib və həmin layihəni cırıb atıb. Buna görə demək istəyirəm ki, orada hakimiyyət müxtəlif tərkiblidir".

R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirakından da danışıb. Onun sözlərinə görə, müxalifət qüvvələri onu prezident postuna öz namizədliyini irəli sürməyə, sözün müstəqim mənasında, təhrik ediblər. Və o öz keçmiş qərarına görə çox heyfsilənir: “Bütün məsələ ondadır ki, təxminən 2013-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı çox ciddi problemlər yaranmışdı. Ziyalılar praktiki olaraq, ölkənin həyatında hansısa əhəmiyyətli bir rol oynamağı dayandırmışdılar. Mən uzun müddət hamını çağırırdım ki, belə olmaz, Azərbaycanda ziyalılar var, amma ziyalılarlar sosial təbəqə kimi yoxdur. Əvvəlcə Ziyalılar Forumu yaratdım, sonra bu forum tədricən dağıdıldı, bu səbəbdən mən və yoldaşlarım, necə deyərlər, radikallaşdıq və yeni qurum yaradaraq onu Demokratik Qüvvələrin Milli Şurası adlandırdıq. Və mən 25-30 il ərzində ilk dəfə özünü müxalifət adlandırılan bütün gücləri birləşdirdim, məhz ona görə ki, siyasətdən kənar insan idim. Onlar bir-biri ilə vuruşurdular və bu gün də vuruşmağa davam edirlər, amma çoxları deyirdilər ki, bu Şuraya sənə görə daxil olacağıq və daxil də oldular”.

R.İbrahimbəyov deyib ki, seçkilər məsələsi ortaya gələndə heç gözləmədiyi halda ona məhz onun namizədliyini irəli sürəcəklərini bildiriblər: “Mən uzun müddət onlara izah etdim ki, prezident fəaliyyətindən mənim qədər uzaq olan adam yoxdur. Dedilər, onda biz gedəcəyik. Və nəticədə onlar dağılışdılar, çünki mən öz namizədliyimi irəli sürmür və qəti surətdə bundan imtina edirdim. Bundan əlavə, onları xəbərdar edirdim ki, Azərbaycan vətəndaşı olmaqla bərabər, mən həm də Rusiya vətəndaşıyam və bu səbəbdən böyük problemlər olacaq. Və qabaqcadan gördüyüm kimi, mənə Rusiya vətəndaşlığından vaxtında çıxmaq imkanı vermədilər. Prinsip etibarilə, bu məni çox sevindirdi. Və nəticədə mən, necə deyərlər, prezident yeri uğrunda mübarizədən çıxdım".

R. İbrahimbəyov müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Kinorejissorunun sözlərinə görə, Ermənistanda azərbaycanlılara qarşı daha çox dözümsüzdürlər, nəinki Azərbaycanda ermənilərə: "Azərbaycan ərazilərinin tutulması — bu, ağılsız, heç nə ilə bəraət qazandırılmayacaq təcavüzdür. Azərbaycanın 20% ərazisi Ermənistan tərəfindən işğal edilib, bu XX əsrdə olub".

R. İbrahimbəyov Azərbaycanda rus dilinə və Rusiyaya xüsusi, ehtiyatlı münasibət haqda da danışıb: "Azərbaycanda çoxlu rus məktəbləri var, bundan əlavə, onlar təkcə Bakıda yox, həm də rayonlarda çoxdur. Bu bir praqmatik fikirlə bağlıdır: son vaxtlara qədər bir çox azərbaycanlılar əyalətlərdən işləməyə Rusiyaya gedirdilər, buna görə onlara rus dilini bilmək lazım idi. Və rus məktəbləri Azərbaycanda istənilən başqa respublikada olduğundan daha çoxdur. Bizdə Slavyan institutu var, bizdə Moskva Dövlət Universitetinin və Moskvanın hansısa başqa ali məktəbinin filialları var”.

635x100

Şərhlər

Zəkasız 2019-04-11 00:16:44

Qarabagların qeyri-qanuni hərbi əsarətinə daha 25 illik barışıq təklifidimi? Dramaturqumuzun müsahibəsində ömürlük strategiyaya uyğun gəlməyən məntiqsiz sözlər buraxılıb. Hər prezident istədiyi an seçki elan edib, istefaya gedə bilir. Müddətin 5 ildən 7 ilə uzadılması da həmin açıqlamanı inkar edir və ya münaqişənin həlli ardıcıllığı da olsa referenduma çıxarılardı???

antiAbu 2019-04-11 00:16:44

Bir dəfə Asif Əfəndiyevdən soruşublar ki, İbrahibəyov qardaşları barəsində nə deyə bilərsiniz. O deyib ki, "İbrahimbəyov qardaşları dimdiklərində başqalarının dənlərini daşıyan quşlardırlar"Bu qarğa burada qarıldadı, heç nə alınmadı. Bu adam dərk eləmir ki, İlham Əliyevin arxasında Heydər Əliyevin bir çağırışı ilə Prezident Administrasiyasının qarşısına axışan milyonlarla insan seli dayanır. Bu selə İbrahimbəyovun agenti olduğu ölkə də heç nə edə bilməz!

antiAbu 2019-04-11 00:16:44

Bu adam çox düzgün deyir. Azərbaycanda çoxlu sayda rusdilli təhsil müəssisələri var. Rusiya dövləti Azərbaycanı və onunla birlikdə bu təhsil müəssisələrini dağıtmaq üçün Ermənisana "İsgəndər" raketləri verib. Niyə bu adam Rusiya qarşısında bu məsələni qaldırmır, gəlib burda özünə oxşar ziyalıları başına yığıb ara qarışdırmaqla məşğul olur. Heç nəyə nail olmadıqdan sonra, başlayır Prezidentlə ətrafı arasında təxribatlar yaratmağa. Bunun yeni təxribatından da heç nə alınmayacaq!

OQTAY 2019-04-11 00:16:44

Allah rehmet elesin Heyder Camala,anasi rus olmaqla milletine hemise dayaq olmusdu,esl ziyalli olmusdu!Ziyalli sozu boyuk sozdur,amma ruskiyazicni olmaq lazim gelmir,ona gore ki,ermenler cox boyuk,yeke,iri,meqa,oqromnoy ruskiyazicnidi...,! Ziyalli elmli olmaq deyil,ilk once haqq sever olmalidir!Eqer bir ziyalli,elmi,edebi,terbiye ile medeniyyeti berteref edib pul qazanmaqi ondan ustun tutarsa,o ziyallidan milletperverlik olamaz hec vaxt!Serhcilerle(Ziyali,t.edalet ve Movlan)tam raziyam!Menlik,menlik,menlik!

Mövlan 2019-04-11 00:16:44

Mavr gəldi, mavr işini gördü, mavr prezidentin tapşırığı ilə geri döndü; mavr həm də ruslara xidmət edir; bunu hökumətdəkilər də müxalifət də bilməlidir.

t.ədalət 2019-04-11 00:16:44

Rusiyada yaşayıb rus təəssübkeşinə çevrilən adamlardan biri də R.İbrahimbəyovdur.erməniyə münasibətdə kimliyini göstərən,şəhidlərimizin qanı üzərindən addımlayaraq erməni sevdalısına çevrilən bir adamın ləyaqəti nə olacaq ki?Bu adamları danışdırıb saytları bulaşdırmaqdansa,susmaq yaxşıdır.

Ziyalı 2019-04-11 00:16:44

2013-cü ildə Rusiya ölkəmizə təzyiq vasitəsi kimi İbrahimbəyov kartından istifadə etdi. Elə bil uşaq başı aldadır. Erməni məsələsindəki fikirlərini təqdir etdim. Axır ki, bu məsələdə düzgün mövqe sərgiləməyə cəsarət tapdı.

Son yazılar