Bakıda üçmərtəbəli bina yanır - Xəsarət alanlar var
Baxiş sayı:
Dərc olunub:
11/04/2019 - 00:15
Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli bina yanır. Yanğından zərərçəkənlər var. Faktı virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.
P.Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.