“BİRDƏN İLHAM ƏLİYEV ƏLİNİ YELLƏYİB, DEDİ Kİ, MƏN GETDİM...” – “Azərbaycana 5 milyard dollara başa gələn İbrahimbəyov...”

“Azərbaycanda müxalifət yekcins deyil. BAXCP və BQP-nin timsalında konstruktiv mövqeyi ilə fərqlənən parlament müxalifəti var, hansı ki, hər il gəlirlərin ədalətli və məqsədəuyğun bölünmədiyi iddiası ilə büdcə qanununun əleyhinə səs verir və hökumət Milli Məclisə hesabat verərkən onun fəaliyyətini qeyri-qənaətbəxş hesab edir. Əlbəttə, parlamentdə ayrı-ayrı məsələlər üzrə ciddi tənqidi çıxışlar edən digər partiyalar da var. Amma azsaylı müxalifət üzvləri parlament idarəetməsinə cəlb olunmayıb, proseslərə təsir imkanı çox məhduddur”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev müxalifətin qarşıdan gələn seçkilərlə bağlı hazırlığı haqda danışarkən deyib.

Partiya sədrinin fikrincə, parlamentdən kənar müxalifət partiyaları “iqtidara qarşı kim daha çox radikallıq edər” yarışına çıxıblar. “Fürsət düşdükcə bir-birlərinə qarşı da dişlərini qıcayırlar. Əgər REAL partiya olaraq anlamağa başlayırsa ki, korporativ maraqlar naminə islam dinindən siyasi məqsədləri üçün istifadə etmək istəyənləri legitimləşdirmək istəyən Milli Şura ilə bir yerdə olmaq olmaz, çünki bu xalqımıza qarşı xəyanət olmaqla yanaşı həm də Qərbin dəstəyindən onları mərhum edə bilər, dərhal başlayırlar Cəmil Həsənlini onların üstünə salmağa ki, siz satqınsınız. Vaxtilə mandatına görə AXCP-dən imtina etmiş, deputat olarkən yazdığı əsərlərində mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirən, övladının xeyir işində hərəkat üzvlərindən daha çox, Əli Əhmədov başda olmaqla, YAP rəhbərliyi ilə əhatə olunan, hər il digər deputatlarla birlikdə mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi önündə baş əyən Cəmil Həsənlinin kimisə hökümətlə bazarlıq etməkdə günahlandırması sadəcə ikrah doğurur. AXH haqqında isə danışmağa dəyməz.

Təlatümlü dəniz, dibindəki zir-zibili üzə çıxardığı kimi, ictimai həyatın təlatümlü dənizi olan xalq hərəkatı da zamanında səviyyəli vətənpərvər insanlara yanaşı çoxlu yaramazları, siyasi dələduzları üzə çıxardıb. Xalqımız uzun illərdir onlardan qurtula bilmir və əziyyət çəkir. Onlar danışdıqca ətrafı üfünət bürüyür. Abırlı və savadlı insanlar müxalifətə qoşulmağa tərəddüd edir. Bu səviyyəsizlər elə bilirlər söyüş söyməklə, təhqir etməklə rəqiblərini gözdən salırlar, amma anlamırlar ki, onlar səviyyədə olan 3-5 pozğundan başqa insanlar tüpürür onlara. İqtidardakıların idarəetmədə buraxdıqları bütün səhvlərə baxmayaraq, atalarına min dəfə rəhmət oxuyurlar. İnsanlar düşünəndə ki, elementar əxlaqa və mənəvi dəyərlərə sahib olmayan bu qaragüruh hakimiyyətə gələ bilər, onları dəhşət bürüyür”.

Q.Həsənquliyevin fikrincə, müxalifətin bu kəsimi təkcə özlərini yox, bütövlükdə müxalifəti gözdən salır: “Sosial şəbəkələrdə onların debatlarına bir az qulaq asın və bu ünsürləri xalqımızı təmsl edəcək iqtidar kimi gözünüz önünə gətirin. Onlar ölkənin siyasi həyatını o qədər korlayıblar ki, insanlar yalnız onların hakimiyyətə gəlməsi barədə düşünəndə dəhşətə gəlmirlər, həm də ona görə dəhşətə gəlirlər ki, birdən İlham Əliyev əlini yelləyib dedi ki, "sağ olun, mən getdim” və o zaman bu ölkə 93-cü ilin Gəncə qiyamı zamanı düşmüş vəziyyətdən də pis günə qalacaq. O halda nə zaman o zaman deyil, nə də ikinci Heydər Əliyev də yoxdur ki, ölkəni dağılmaqdan xilas edə bilsin.

Vaxtilə Azərbaycana 5 milyard dollara başa gələn rus agenti Rüstəm İbrahimbəyovu az qala xalqın vicdanı kimi təqdim etməyə çalışanlar, görəsən indi vicdan əzabı çəkirlərmi? Bu “intellekt” sahibləri müxalifəti bu günə salmalıydılar və salıblar da...”

Partiya sədri hesab edir ki, əgər iqtidar siyasi islahatlar yolu ilə konstruktiv müxalifətin güclənməsinə şərait yaratmasa, qarşıdan gələn seçkilər də ölkəmizdə normal müxalifətin formalaşmasına imkan verməyəcək. “Sağlam və güclü müxalifət olmadan isə nə ölkəmizin beynəlxalq nüfuzunu artıra, nə də cəmiyyətin indikindən artıq inkişafına nail olub ölkəmiz qarşısında duran problemləri həll edə biləcəyik. İndiki vəziyyət isə ölkədə siyasi sabitlik üçün həmişə ciddi təhlükə olaraq qalacaq”.

V.Nəsibov

635x100

Şərhlər

Qüdrət bəyə 2019-04-11 15:43:33

Sən Allh düzünü de: "Sənin ağlınca deyər?"

Qənimət 2019-04-11 15:43:33

Real;n Milli Şuradan getmə Məmmədovun iqtidarla sövdələşməsinin nəticəsidir.Bunu yaxın zamanda görəcəksiniz.Yoxsa Milli Şura nə deyir ki, real onlarla razılaşmayıb?Bu da milləti parçalamağın bir üsuludur.Bu metod çoxdan bəllidir.Ancaq insanları bir məslək üzrə bir yerə toplamaqla nəsə bir iş görmək olar.Ancaq belə Azərbaycanın gələcəyi qaranlıq olduğu hamıya bəllidir. İlqar Məmmədovun məsləyini dəyişməyi isə anlaşılmazdır və u yalnız gizli sövdələşmədir ki, bu gün millətə lazım deyildi.

Geber 2019-04-11 15:43:33

Cənab Qudrət Həsənquliyev! rusca İMXO anlayişi özümə aid vəyaxud zaldan xitab kimidir , hər kəsə aid ola bilər . Ğüclü müxalifət olmalidir anlayişi : modeli köhnəlmiş mersedes motorunu Qaz 53 -ə qoşmaq kimidir.Bizlərdə nə köhnə QAZ 53 nə də ki mersedes motoru ola bilər ehtimali sifirdir. Məhəmməd ğuya özünə qarşi , lakin ərəblərə qarşi ğüclü müxalifət Şeytani elə şişirtdi , ki ərəbi adi bəlli olmayan , absurd da olsa , prinsipə tabe etdi . Bizlər kimi İdarəolunmaz ərəbi , cəmiyyətə qovuşdurdu.

keçici qırmızı bayraqlar 2019-04-11 15:43:33

Rəvayət: Əvəl-zamanada aclıq vaxtı bir evə qonaq gəlir. Qonaq .. nə isə uzun müddət qalır. Ev yiyələri zinhara gəlib istəyirlər ki, qonağa mədəni surətdə qovsunlar. Bunlar yalandan dalaşırlar. Axırda gəlib qonaqdan soruşurlar ki, qonaq qardaş səni and veririk səhər gedəcəyin yola, qonaq dərhal barmağını dişləyir ki, bu fırıldaqdır. Dərhal cavab verir ki, arvad haqlıdır. .

kluni 2019-04-11 15:43:33

Siz dediyiniz kimi olsa belə (amma bu absurddur: yəni onun öz xoşu ilə getməsi), sən bəs böyük gərdəş və .......

aysberq 2019-04-11 15:43:33

REAL partiya deyil, onlar Etibarın tör-töküntüləridir!! Onların da nə etdiklərini və dediklərini hamı da gördü və hamımız da eşitdik. Onlar bu dəfəki seçkidə "parlament" adlanan .... Sizlər kimi oturub düymə basacaq. ...

Q.Həsənquliyevə 2019-04-11 15:43:33

Boş sohbətlərdən millət artıq bezib.

Bashirov Qarib 2019-04-11 15:43:33

Gəbər bəy,yazmagından bilinir ki,məktəb uzu görməmisən.Yəqin,gənc olarsan,indiki məktəblərin durumu bəllidir, zatən. Cənab deputat,......Milli Şuraya dəsdək verən yuz minlərlə xalqı tərbiyəsiz sözlərlə təhqir etməyə?Niyə onları o cur sözlərlə söyursən? İnsan var- dövlətdən ötəri məsum xalqı söyərmi, pozgun və bu kimi sözlərlə söyərmi?Bəlkə,səngimiş söyuş ritorikasını körukləməkdə gizli məqsədin var?

Geber 2019-04-11 15:43:33

Əlidən sitat Hansı daha çox ikrah doğurur Cəmil Həsənli hansı ki mövqeyi açıqdır yoxsa oğrular vəzifədə ! Ibrahimbəyov Cəmil Həsənli və diğər yalanci nəhənğlər haqqinda bir mütəxəsiss kimi rəyim belədir. O vaxt ərzində , ki bu insanlar millyonlarin auditoriyasinin diqqət mərkəzində olmuşlar , inanin mənə həmin vaxt ərzində meydanda cəpişi İsa peyqəmbər etmək ücün kifaiyyət edərdi , və yaxud dil üstalarina əl lapatkasinin düzğun qaydalari ya da , kasibciliq əlehinə bir iki qayda səsləndirərdilər

Əli 2019-04-11 15:43:33

Bu yazı YAP dan yenidən seçilməyə icazə almaq üçün işarədir Rüstəm ibrahimbəyov boyda nəhəngə hansını ki bütün dünya tanıyır biləcərdən o tərəfə tanınmayanların söz deməsi bu millətin fəciəsidir.İslahat barədə ağsaqqal İlyas İsmayılovun məqaləsini oxuyub başa düşməyəm adam danışmasa yaxşıdır Partiya var ki bütün başçıları hamısı rüşvətxordurlar işdən çıxan kimi milyonları oğurlamaqları üzə çıxır Hansı daha çox ikrah doğurur Cəmil Həsənli hansı ki mövqeyi açıqdır yoxsa oğrular vəzifədə

Zabil Həsənov 2019-04-11 15:43:33

Kəndimizdə dünyasını dəyişən bir ağsaqqal var idi (allah rəhmət eləsin), belə...

Geber 2019-04-11 15:43:33

Ibrahimbəyov SSSR-kimi intellektual nəhənğin fil qulaqinda diğər məhşurlar , kimi şəzintiyə cixmişlardir. Fil dağilandan sonra bu tipli kağizdan düzəlmə yaradici insanlar qərb kult mədəniyyətinin kuləyindən hara ucdular , özləri də bilmirlər. İbrahimbəyov Mixalkov loqotipi Moskvada , qara reyder , əmlak axtaran qruplaşmalarinin önundə Sovet kinomoqrafiyacilari ittifaqinin sahibsuiz əmlakini ələ kecirtmək ücün öndə ğedən yalanci pəhlavanlardir . Onlarin xidmətləri cox azdir , elə müxalifətin də .

Geber 2019-04-11 15:43:33

Deputatlar , nazirlər , muxalifət Aristotelləri texnokrat intellektuallar, ipək pencəkli oliqarxlar mən və hami cəm şəkildə , özumuz də bilmədən , korluquqmuzdan , jurnalist kolumnistlərinin , artiq coxdan qinaq və istehza obyekti olmuşuq , beləki bizlərdən fərqli , onlar daima mutaliyyə edir , dunyavi trendlərdən xəbərlidir, bizlərin isə meşin nimdaş və ğulunc olmağimizi ğörur , etika xatirinə susurlar , ki nə edək ? belədir də ! heyif bizə dunyanin 10 bacariqli xalqi biz , savadimiz isə hindu

Geber 2019-04-11 15:43:33

Məqalənin ğeriyə dönüb mənşəyi naməlum səhfləri düzəltmə şansi sifirdir. 70 yaşli qocalar cox vaxt optik illyuziya ilə , belə yox , belə etmiş olsaydim , bam başqa cür olardi , yanimdaki qari , bəlkə də Şakira idi. Bir şəxsdən başqa , adi qrtiq yersiz olub xmm,bax indiki ölcü vahidi budur. Cəmin səviyyəsi o şəxsin ölcüsündən indi də , 93-dən də aşaqidir. Dəniz səviyyəmiz kuləyə sari suaaalr qarşisinda sifirdir. Əksini deyən , məqam vaxt yer , təzadlarindan qaz vurub qazan axtaran naşilardir

Musa 2019-04-11 15:43:33

.........Sizden bu millet gurtarsa .

Fariz 2019-04-11 15:43:33

Sən danış görək əhaliyə atılmış, talanmış yüz milyardlar qaytarılacaq ya yox.

Qüdrət bəyə 2019-04-11 15:43:33

Deyərmi? İnanılmaz!Buna Qüdrət Həsənquliyev özü inanırmı ki, belə şey ola bilər?Axı onu xalq seçib.Belə hərəkət xalqa hörmətsizlik olmazmı?Bir də bu fikir Sizin ağlınıza hansı ehtiyacdan gəlib?

Son yazılar