BSU-da 2 ildir işləməyən avtomobilə yanacaq silinib - RƏSMİ

Bakı Slavyan Universitetinin balansındakı buraxılış ili 1997-ci il olan QAZ-3110 markalı avtomobil 2015-ci ildən istifadəyə yararsız olduğu və faktiki sürülmədiyi halda, 2016-cı ilin yanvar-iyun aylarında ona ümumilikdə 1280,0 manat yanacaq xərci silinib.

ONA-nın məlumatına görə, bu, Hesablama Palatasının Bakı Slavyan Universitetində apardığı audit yoxlaması zamanı üzə çıxıb.

Bakı Slavyan Universiteti üzrə daxilolmaların, xərclərin proqnozlaşdırılması və icrasının qanunvericiliyə uyğunluğunun auditi 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə etməklə, 2018-ci ilin 19 sentyabr tarixindən 19 oktyabr tarixinədək aparılıb.

Sənəddə qeyd edilib ki, 2016-cı ilin iyun ayında bu avtomobilə quraşdırılmasına dair universitetin 2 təsərrüfat işçisi və sürücü tərəfindən imzalanmış akt əsasında 1150 manat dəyərində ehtiyat hissələri də silinib. Audit yoxlaması nəticəsində 1 halda mətbəə mallarının alınması məqsədilə “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməyərək, universitetin tədris işləri üzrə prorektoru tərəfindən təsis edilmiş tərcümə mərkəzinin kotirovka sorğusunda qalib elan edildiyi də üzə çıxarılıb.

635x100

Şərhlər

Vahid 2019-04-12 09:00:41

Bu bir ele de boyuk mebleq deyil axi.AZNEFTKIMYAMAS ASC nezdinde olan her bir z-dda minimum 6-7 avtomobil qeydiyyatdadir.Hemin avtomobillerin coxu "meyit"formnasindadir,ya da qeydiyyatda ola-ola avtomasin satilib.Ancaq hemin meyitlerin ustuna kullu miqdarda yanacaq silinir.40 il hemin z-dlarin birinde isleyirem.Bir defe de olsa gomemisem ki,ya Prokuror orqanlarindan

Veteran 2019-04-12 09:00:41

Indi rektor xanima bu hallar barede sual versen ki, bes bunlari nece izah edersiniz? Qayidib deyecek ki, elbette menim bunlardan xeberim olmayib. Onda qayidib ona deyirsen ki, bele cixir univeristitde ozbawinaliqdir ve it yiyesini tanimir

buzlaq 2019-04-12 09:00:41

Allah evinizi tiksin. Bəs Azərspeys peykinin adına yazıb silməyəcəklərdiki. Onun adına digər təşkilat silir.

Antibiotik 2019-04-12 09:00:41

Veteran qağa, veteransansa demək mənim kimi ağsaqqalsan. Əədalətli olaq! Zənnimcə, Prezidentin sərəncamına əsasən prof.Nurlana Əliyeva 2016-cı ilin iyulunda BSU-nun rektoru təyin olunmuşdu. Audit isə 1 yanvar 2016-cı il tarixindən 1 iyul 2018-ci il tarixinədək olan dövrü əhatə edib. Göstərilən bütün pozğunluqlar 06-2016-dək olan əvvəlki rəhbərliyin dövründə baş verib.

Son yazılar