Miqrantlar mitinq keçirəcək - Video

Bunu Rusiya Miqrant Federasiyasının rəhbəri Madjumder deyib

Rusiyada miqrantlar mitinq keçirməyə hazırlaşır.

ANS TV-nin məlumatına görə, Rusiyada fəaliyyət göstərən bütün bazarlar və böyük ticarət mərkəzlərində əksəriyyəti Tacikistan, Özbəkistan, Qırğızıstan, Vyetnam, Çin və Azərbaycan kimi ölkələrin vətəndaşları kölə kimi işləməyə məcbur edilir. Bunu Rusiya Miqrant Federasiyasının prezindenti Muhammed Madjumder keçirdiyi mətbuat toplantısında deyib. Onun sözlərinə görə, milyonlarca miqrantın kölə kimi tutulmasına hamı göz yumur, çünki heç kim havayı iş gücündən asanlığla imtina etmək istəmir.

Tacik İşçi Miqrantları Hərəkatının lideri Karomat Şaripov isə Rusiyada köləlik etmək məcburiyyətində qalan miqrantların əksəriyyətinin Tacikistan vətəndaşı olduğunu bildirib. O bu ilin sonunadək Rusiyadakı bütün Tacikləri köləlikdən azad etməyi qarşılarına məqsəd qoyduqlarını deyir.

“AzərRos” Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Asif Məhərrəmov isə indiyədək azərbaycanlıların Rusiyada kütləvi şəkildə işlədilməsi faktı ilə qarşılaşmadıqlarını və mitinqdə də iştirak etməyəcəklərini deyir. Onun sözlərinə görə, burda yaşayan bütün azərbaycanlıların cəmiyyətə intiqrasiya olması üçün kurslar açılıb və bu da nəzərə alınmalıdır ki, Rusiyadakı azərbaycanlıların əksəriyyəti təhsil, tibb və ticarət kimi müxtəlif peşə sahələrində çalışan təshilli və rus dilini bilən insanlardır.

Rusiya Federal Miqratsiya Xidmətinə görə ölkədə 4 milyona yaxın illeqal miqrantın olduğu deyir. Ekspertlər isə bu rəqəmin qat-qat çox olduğunu bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar