Azərbaycanlı gənclər Avropa İttifaqının Gürcüstandakı yay düşərgəsinə dəvət olunub

Bu ilin 16-30 avqust tarixində Gürcüstanda Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin yeniyetmə və gəncləri üçün yay düşərgəsi təşkil olunacaq. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Uşaq və Gənclər Milli Mərkəzi məlumat yayıb.

Layihə Aİ-nin dəstəyi və Tbilisidəki Avropa məktəbinin təşəbbüsü ilə həyata keçiriləcək. Düşərgədə Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynadan olan 14-18 yaş arasında yeniyetmə və gənclər iştirak edə biləcəklər.

Düşərgə üçün 100 gənc müsabiqə əsasında seçiləcək. Layihə çərçivəsində gənclər müxtəlif interaktiv və təhsil proqramlarına cəlb olunacaqlar. Təşkil olunacaq tədbirlərin məqsədi gənclər arasındakı əməkdaşlığın gücləndirilməsi, Avropa dəyərlərinin, Aİ və “Şərq tərəfdaşlığı” ölkələri arasında çox mədəniyyətlilik və tolerantlığın təbliğ olunmasıdır.

Düşərgəyə sənəd qəbulu aprelin 30-dək davam edəcək. Tələb olunan sənədlər barədə ətraflı məlumatı Gürcüstanın Uşaq və Gənclər Milli Mərkəzinin rəsmi internet saytından (ww.cync.ge) əldə etmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar