Nərimanov rayonunda konfrans keçirilib – FOTO

Dərc olunub: 11/04/2019 - 21:49

narimanov_konfrans_110419_(1)Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin yeni prezidentlik dövrünün 1-ci ilinə həsr olunmuş rayon konfransı keçirilib.

Konfransda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, veteranlar, ictimaiyyət nümayəndələri, rayon gəncləri və s. iştirak ediblər.

Konfrans iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, ötən ilin aprel ayının 11-də xalqın yüksək fəallığı, mütləq dəstəyi ilə baş tutan Azərbaycan Respublikası Prezidenti seçkiləri artıq tarixə qovuşmuşdur. Həmin gün Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Xalqımız cənab İlham Əliyevin siyasətinə – inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” müddəalarına yenidən “HƏ” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Prezident İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq 86,03% səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.

A.Fərzəliyev vurğulamışdır ki, prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə ötən il aprelin 12-də rayonumuzda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunmuş möhtəşəm konsert proqramında sevincini bölüşməyə toplaşan minlərlə insanın qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada bir daha bəyan etdi ki, yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz: “Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.

Tədbirdə çıxış edən millət vəkili Hikmət Məmmədov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, fəal gənc Günel Məmmədova ötən bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Respublikamızda sürətlə davam edən inkişafdan, və beynəlxalq aləmdəki uğurlardan danışaraq öz fikirləri ilə bölüşmüşlər.

narimanov_konfrans_110419_(3)

narimanov_konfrans_110419_(1)








loading...


Fikrinizi bildirin