"İtaliya parlamenti yeni ədavət toxumları səpir" - Ərdoğanın sözçüsü

İtaliya parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarı tarixi həqiqətləri inkar edir və yeni ədavət toxumları səpir.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Twitter” səhifəsində yazıb.

O bildirib: “Türkiyə Prezidentinin tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə çağırışına əhəmiyyət verməyən və siyasi populizmi alovlandıran belə yanaşmanı qətiyyətlə pisləyirik”.

Qeyd edək ki, İtaliya parlamenti ölkə hökumətinə qondarma “erməni soyqırımı”nın tanınmasını tövsiyə edən qətnamə qəbul edib/Trend.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar