"Mən "WikiLeaks" haqqında heç nə bilmirəm" - Donald Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, "WikiLeaks"in yaradıcısı və baş redaktoru Culian Assanjın Londonda tutulması haqqında ona heçnə məlum deyil.

"Report" xəbər verir ki, bu barədə "The Hill" bildirib.

"Mən "WikiLeaks" haqqında heç nə bilmirəm. Bu mənim mövzum deyil", - deyə Tramp "WikiLeaks"in onun xoşuna gəlib-gəlməməsi barədə suala cavabında bildirib.

ABŞ prezidenti həmçinin bildirib ki, Assanjın tutulması barədə heçnə bilmir.

Qeyd edək ki, Tramp 2016-cı ildə ABŞ-da seçkiqabağı kampaniya zamanı "WikiLeaks"in fəaliyyətindən razılığını bildirirdi.

Qeyd edək ki, Londonda saxlanılan "WikiLeaks"in yaradıcısı Culian Assanj barəsində ABŞ-ın Ədliyyə Departamenti tərəfindən cinayət işi başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar