Fələstinli qadın İsrail casusu olan ərini tutdurdu

Fələstinli bir qadın ərinin İsrail kəşfiyyatına işlədiyini bildikdən sonra onu Fələstin hüquq-mühafizə orqanlarına təhvil verib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qadın ərinin bu əməlindən xəbər tutduqdan sonra, ərini bir müddət bu əməlindən çəkindirməyə çalışıb.

Qadın bildirib ki, “Ərimin davranışlarından son zamanlar şübhələnməyə başlamışdım bu barədə ona xəbərdarlıq etsəm də o, belə bir işlə məşğul olmadığını dedi. Bir gün onun arxa otaqda kiməsə gizli xəbər ötürdüyünü eşitdim. Ərimə etdiyi əməlin xəyanət olduğunu dedim. Ona, “əməlini etiraf etməsən səndən boşanacağam” dedim. Amma o bunu etmədi. Fələstin dirəniş hərəkatında olan yaxınlarıma bu barədə xəbərdarlıq etdikdən sonra onlar bizə gəlib onunla söhbət etdi bundan sonra isə onun həyatında yeni bir səhifə açıldı”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar