"BU, XALİDƏ XANIMIN SƏSİDİR..." - İcra başçısının müavininə ağır ittihamlar 

Röya da icra başçısının müavinini ittiham etdi - "Uşağı xəstəxanaya aparmaq əvəzinə..."

Əməkdar artist Röya Ayxan da 162 saylı məktəbin intihar edən 8-ci sinif şagirdi Elina ilə bağlı paylaşım edib.

Musavat.com xəbər verir ki, Röya Elinanın son video görüntüsünü paylaşıb və onu sorğu-sual edən şəxsin Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova olduğunu iddia edib:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir – Səbail rayonu icra başçısının müavinidir. Ay gözəl xanım, bu sualların yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya aparmaq əvəzinə, şəraiti soruşursunuz. Mən də belə böyüdüm. Beşinci sinifdə məktəb direktorunun ayaqabbısını geyinib, dərsə getdim. Çox şükür ona və o günə. Boşanan ailənin qızı idim. Çox şükürlər olsun ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb, şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz məcbur edirsiniz".

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovadır.

Xanım Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.

Mediada yayılan məlumatagörə, onun hamıdan əvvəl hadisə yerinə yetişməsi təkcə rəfiqə olmasından irəli gəlmir, həm də uşaqlarla işlədiyi deyilən bir fondun şöbə sədri olmasıyla bağlıdır. Xalidə Bayramova hadisəni rəsmiyyətə tökməzdən, yəni məktəbə təcili yardım çağırmazdan 2 saat əvvəl orada olub.

Xalidə Bayramova

Xalidə Bayramova

"Adının açıqlanmasını istəməyən məktəb yetkilisinin sözlərinə görə, öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Yəni, videogörüntüdəki divan əslində məktəb direktorunun otağındadır. Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb. Mənbə deyir ki, məqsəd uşağın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub. Elə Elinaya verilən suallar da deyilənləri təsdiqləyir. Belə ki, Xalidə Bayramova yeniyetmədən anasıyla nə vaxt dalaşdığını, münasibətlərinin necə olduğunu və s. soruşur" - deyə məlumatlarda bildirilir.

Başqa bir mənbə isə iddia edir ki, sosial şəbəkələrdə yayımlananlar videonun tam versiyası deyil. Xalidə Bayramova çəkdiklərinin yalnız bir qismini uşağın yaxınlarına təqdim edib, sonradan kimlər tərəfindənsə müəyyən görüntülər yayımlanıb.

Məlumatlarda o da bildirilir ki,  ilk günlər məhz Xalidə Bayramovanın istəyi ilə bütün telekanallara mövzunun işıqlanndırılmaması tapşırığı verilib. Hətta Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin bu mövzu ilə bağlı hazırlıqları yarımçıq saxladılıb.

Aprelin 11-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın intihar məsələsinin araşdırılması ilə bağlı göstəriş verdiyi xəbəri yayıldıqdan sonra telekanalların da hərəkətə keçdiyi deyilir. Artıq televiziyalarda mövzu işıqlandırılıb.

Qeyd olunanlarla bağlı Xalidə Bayramovadan açıqlama almaq mümkün olmayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hafiz 2019-04-12 08:18:09

Dərhal həbs olunmalıdırlar, Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramova, 162 saylı məktəbin direktoru, həmin sinifin sinif rəhbəri və başqalarını əlavə edə bilərsiniz.Bakıdakı məktəblərin səviyyəsi budur...

Vətəndaş 2019-04-12 08:18:09

Şəkidə də Məktəb direktorlarını himayə edən İHB-nın müavini Zərinə Cavadovadır? Təhsil, Səhiyyə və Mədəniyyət onun kurasiyasındadır və hər üç sahə dözülməz gündədir,o cümlədən Şəkidə Parklar olduqca acınacaqlı vəziyyədədir, B.Vahabzadə adına və Fizulu adına parkların hovuzları Su üzünə həsrət qalıbdır ? Şəki Turist şəhəridir, xarici dövlətin vətəndaşları Su hovuzlarını görəndə, bizim haqqımızda nə düşünürlər ? Ən böyük biabırçılıq kadr yerində olmayanda baş verir ? Zərinəni deputat Y.Mahmudov müdafiə edir..

seda 2019-04-12 08:18:09

anasini tapib oz dillerinde bawa saldim quzuya donduler,hec o hundurlukden yixilan adamidaterpederler,toksiologiyaya niye aparmisiniz?2 saat hekim gelmeyib?ay fawistler hec kimi sizde rehm yoxmu yaziq deyil o korpe...Royaya vetendaw movqeyine gore derin minnetdarligimi bildirirem,prezident ve xaniminin edaletine inanib ve guvenirem!!!

seda 2019-04-12 08:18:09

korpecik-melek tek bu drektor yox 11 sinifde oxuyan kiwi qirigi var,tepiy vurub,gunun qara eliyib bu yaziq cocugun oda cezasin almalidi=o uwagin terbiyesi ordan bilinir ki,cabab verende o agrilarla spasibo deyir,ay sizi lenete gelesiz-ezizlerivizden cekesiz 13 yawli ciliz bir uwaqi bu gune qoyarlar,insan kasib-medeni olanda buhala salarlar valideyinlerin deyirem-menm qardawimin balasi ,mektebde bu azerbaycanda taninmiw bir hacinin nevesinin tezyiqlerine meruz qalirdi ele bu yawda,uwaqa hecne demedim

Turançı 2019-04-12 08:18:09

Məmurcuqlar da öz kreslolarını itirməmək üçün həkim briqadası dəvət etməyə tələsiməyibdir.Burda atalar sözü yada düşür=keçi can hayındadır qəssab piy hayındadır.Uşaq ağrıdan inildəyir bu vicdansız məmurlar isə hələ ünvan soruşur.Məgər məktəbdə uşağın ünvanı yoxdur ki,doğrudanmı o qədər kollektivdə bir vicdanlı olmadı ki, xəstəxanaya çatdırmağa tələsdirməyibdir.Heyf məsum yeniyetmədən adamın ürəyi ağrıyır bu gedişlə biz haraya gedirik.ALLAH baiskarların cəzasını versin.Təkcə işdən qovulmaq yox,həbs olunmalı.

Turançı 2019-04-12 08:18:09

Bu faciəvi hadisədə bütöv xalqda olan biganəlik,laqeydlik cəmiyyətdə tüğyan edir. Maraqlıdır görəsən direktor yazıq məsum sakit məktəblinin ölüminə niyə biganə olubdur? İntihar ehtimal olunan hadisədən sonra dərhal təcili yardım dəvət olunmayıbdır uşaq canın hayında olan zaman hələ sual-cavab edib vaxtı uzadıblar.Uşağın divanda uzadılıb sorğu edilən zaman video görüntüdə ağrıdan inildəyirdi. Yazıq uşaq o qədər sakit olub ki nə utandığından kömək istəməyib yəni nə xahiş edir nə də tələb edir.davamı var...

EJDER 2019-04-12 08:18:09

BU ANALOQU OLMAYAN HOKUMETDE,ANALOQU OLMAYAN MEMUR VE NAZIRLER UCUN MESULIYYET,CAVABDEHLIK...BOW WEYDI.KIM KIMEDI...KEYF ELEYIN,YAVAWDAMAQ OLMAZ

Etibar 2019-04-12 08:18:09

Məmurlar ölkədə yaradılmış cəzasızlıq mühitindən istifadə edərək sözün əsl mənasında insanlığa sığmayan hərəkətlər etməkdə davam edirlər.Yazıq Elinaya təcili kömək etmək əvəzinə Səbail rayon icra başçısının müavini rəfiqəsi məktəb direktorunu xilas etməyə cəhd edib. Onların ikisi də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.....

Veteran 2019-04-12 08:18:09

Bu memurlar tutduqlari vezifelerinin hesabina oz etraflarinda ele bir tor qrublar ki, qayda- qanun, cavabdehlik, mesuliyyet meseleleri bunlar ucun deyil. Butun bu meseleler kasib-kusub ucundur. Burada cetin bawa duwulen hecne yoxdur. Bir rayonun icra bawcisinin muavini baw vermiw hadise ile bagli videocekiliw edirse onun meqsedi artiq melumdur. O elbette bunu xow niyetle etmeyib, burada wexsi maraq hec wubhesizdir. Yeqin ki istintaq bu meseleye aydinliq getirecek, eger getirecekse...

pensioner 2019-04-12 08:18:09

Röya,münasibət bildirdiyin üçün sənə təşəkkürlər!

t.ədalət 2019-04-12 08:18:09

YAP-çılığın cinayət əməllərindən yayınma alətinə çevrilməsi,artıq adamlarda ikrah hissi doğurur.Vəzifəsini yarıtmayanlar əməllərindən xəcalət çəkmək və utanmaq əvəzində onu qınayanlara "yapçıyam"- deməklə "sudan quru çıxmağa" çalışırlar.Bu da vəzifəli şəxslərin cinayət törətməsinə rəvac verir.Gələcəkdə belə cinayətlərin baş verməməsi üçün ölkə qanunlarını siyasi partiyaların "həyasız iradəsindən" azad etmək lazımdır.Vaxtı ilə İsa Qənbər belə metod seçmişdi:"musavatçıdır,bizimkidir,ona toxunmaq olmaz"..

Mirzə AĞ 2019-04-12 08:18:09

Adı qadın olan yırtıcılar!!!

Yengibar 2019-04-12 08:18:09

Bütün rayonlarda təhsil müəssisələri HƏM DƏ icra hakimiyyətinə haqq ödəyir. Bu hadisə vaxtı da həmin xanım bu biri xanımın yanında olmalı idi, ortada "əl-əli, əl də üzü" məsələsi var. Amma, mən heç anlamıram, bunlar nəyə görə narahat olurlar? Cəzasızlıq artıq normal haldır, xanımlar, vecinizə də almayın.. P.S. elə belə yazdım, boş yerə...

Elli 2019-04-12 08:18:09

Kimliklərindən və hansı partiyanın üzvləri olmasından, hansı vəzifə tutmaqlarından asılı olmayaraq uşağın ölümündə zərrə qədər günahı olanlar qanunla məhkəmə qarşısına çıxarılıb öz layiqli cəzalarını alsınlar, əgər ədalət varsa.

Mehde 2019-04-12 08:18:09

Neteride ...özunu dartib durub.Bele ...memurlara göre ölke bu gundedirdee.

MUSTENTIG 2019-04-12 08:18:09

ELINANIN GANI MEKTEB DIREKTORU ONUN MUAVINI SINIF REHBERI VE XALIDE ADLI ICRA MUAVINININ ELLERINDEDI ...! GAN JERDE GALMAZ CEZANIZI ALLAH VERECEK VE PREZITENTIMIZ

Tahir 2019-04-12 08:18:09

Maaşallah!Məsul işlərdəki bezə məmurlar xüsusi seçilmiş,əsl,qarışığı olmayan təmi azərbaycanlılara aid olmayan şəxslərdir.Onlar erməni,yezidi kürd tayfalarındandırlar.Bunları Allah lənət etsin!Odur ki, onlar talan,oğurluq,büdcə dağıtmaq,mənimsəmələr,əldə etdiklərini ölkədən kənara daşımaq kimi əməllərlə məşğul olduqları mütəmadi mətbuatda işıqlandırılır.Ancaq bunlara məhəl verilməməsi onların himayə olunduqlarını təsdiqləyir. Buna da heç nə etməyəcəklər,görərsiniz.

Filosof 2019-04-12 08:18:09

Oz "wkuralarini" qorumaq ucun atilan addimlardir. Elbette cekiliwi ozune serf edenistiqaetde ve suallar etrafinda edib. Sen onu xestexaya catdirmaliydin ay azerbaycan qadini anasi.Indi butun imkanlarinizi ve elaqelerinizi iwe salin ki, sudan quru cixasiniz. ...

Nigar 2019-04-12 08:18:09

Абсалютно правда ,на самом деле в этот момент была Халида х,голос ее,она не пускала вызывать скорую,она не пускала эту информацию в эфир,должна нести ответственность

Son yazılar