Ermənistanda hərbçiləri daşıyan yük maşını qəzaya uğrayıb

Ermənistanın Sünik vilayətində ZİL markalı hərbi yük maşını qəzaya uğrayıb. Nəticədə, on nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Virtualaz.org “shamshyan.com” nəşrinə istinadla xəbər verir ki, naməlum şəraitdə Mehridən Naxçıvan sərhədinə gedən yolda üzərində Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanları olan ZİL avtomobili yoldan kənara çıxıb və aşıb. Əsasən sınıq xəsarətləri almış 10 nəfər Mehridəki tibb mərkəzinə çatdırılıb.

Hadisə yerində hərbi polis işləyir, yaralıların və sürücünün şəxsiyyəti müəyyənləşdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar