Elina can verərkən “inşallah sağ qalmaz” deyən kimdir? – VİDEO

Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı müzakirələr zamanı yeni faktlar ortaya çıxıb.

“Minval.İnfo” xəbər verir ki, ötən gün “Səni Axtarıram” verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb. Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu-sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib.

“Elina direktor otağında sorğu-sual olunarkən kimsə “İnşallah sağ qalmaz”, deyir”, – deyə ata bildirib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib. “Videoda “İnşallah sağ qalmaz” deyən səs kimə məxsusdur?”, – deyə soruşub.

Verilişdə olan mütəxəssislər isə bu səsin sahibinin ekspertiza ilə müəyyən edilməsinin mümkünlüyünü bildiriblər.

ə

635x100

Şərhlər

Geber 2019-04-12 12:33:59

Geber və Oxucuya yazan Müəllifə xitabən! Heyiflər olsun mənim zəhmətimə İMXO. Yazdiqlarim mirvari inciləri səpələdiyim ücün . Dostum , mən həqiqətin üzə cixmasini ğüzğüdən şəhr edirəm . Sosial psixopatiya ücün kiminsə intihari və axud başqa bir hadisə dolayisi da olsa əhəmiyyətsiz fakt olmaqla start düyməsini basir. Bu kibernetikadir Dostüm mən 100 tomlüq elmi nəzəriyyəni , bir iki cümlə ilə ifadə etdim. arxasini yazmaqim mənasizdir , 100 dəfə test olunsa 1001 dəfə dediklərim nəticə toplanacaq.

Haqq 2019-04-12 12:33:59

Boş boş şərhlər yazmayın.xoşuqədəmdə prokuror olub

Geber və Oxucuya 2019-04-12 12:33:59

Sizin Elinanın qanını batırmaq cəhdiniz baş tutmayacaq inşaallah. Cinayətkarlar mütləq cəzasını alacaqlar Allah qoysa, əgər ədalət varsa.

Geber 2019-04-12 12:33:59

Praktik təcrübəmdən : reanimasiyya düşəni medsestralar uc saniyyə ərzində test edir , saq qalacaq ya ğedəcək . Medsestralar bir birinin ğözunun icinə baxanda siqnallarla hökmü verirlər , qalacaqsa ? ğecə yüxüsüz olacaq , öləcəksə yuxuya haram qatmaq mənasizidir . Yəqinliklə o qadin toya və yaxud harasa ğetməli imiş , kimsə soruşub ğələcəksənmi ? O da cavab verib , ki inşallah sağ cixmaz , yəni , ki ümüd edirəm , ki ölməlidir vəssalam . Burada nə sirr var , ki ? Ölü yuyanlarin peşə sözləri fərqlidir

Oxucu 2019-04-12 12:33:59

Veriliş aparıcıları peşəkar olmayanda, bitkin və aktual mövzular hazırlamayanda Xoşqədəm kimi cılız “o səs kimindir?” sualı ilə tamaşaçılarda süni maraq yaratmağa çalışırlar.Nuşirəvan Səfərlinin rəhbərlik etdiyi MTRŞ teleməkanın saflaşması üçün radikal addımlar atmalıdır.

Geber 2019-04-12 12:33:59

həqiqət olmayana inanlar dostlar , ğəlin muəllifi olduqum bir sosial psixpatiyanin ətnoqenizi "fərd və əşya" məntiqli bir versiyani test kimi yoxlayaq Mən hadisəni indi oxudum , başqa məlumatim yoxdur. versiya belədir , ki bizlər özümüz bu hadisənin daşiyici idik lakin xəbərimiz yox idi , talein tərs qanunu optik illyziyasini , özümüzdə əks etdirib Madrid Kral sarayi sirri var , rusca zaqovor versiyasini beyin viruslarimizla tutuşdururuq Əslində qabaqcadan bəlli ğözlənilən fakt reallaşib vəssalam

Elli 2019-04-12 12:33:59

İnşaallah həmən adam hansı ki, deyir "inşaallah sağ qalmaz" şəxsən özü Elinanın taleyini yaşayacaq inşaallah! Həyasızlığın dərəcəsinə bir bax. Allah versin cəzanı, uşaq sənə neyləyib ki, belə danışırsan.

Son yazılar