QUMARA HƏR AY 500 MİN DOLLAR XƏRCLƏYƏN 12 AZƏRBAYCANLI

Azərbaycanlılar, doğrudanda “azart oyunçu” olmaqları ilə seçilirlər, bəzən var-dövlətinin yarısını kompüter oyunlarına qoyanlar olur. Elə istifadəçilər olub ki, aylıq müxtəlif oyun layihələrinə 500 min dollar xərcləyiblər.

Bu barədə müsahibəsində Rusiyanın “oyun sənayesi”ndə tanınmış simalarından biri, TVX Games şirkətinin nümayəndəsi Viktor Makeev bildirib.

“Deyə bilərəm ki, biz minimum 12 nəfər tanıyırıq ki, onların ödənişləri ay ərzində yarım milyon dolları ötür. İnsanlar var ki, bizneslərində hər şey qaydasındadır, belə olan halda “bu qaydaları oyuna” niyə gətirməsinlərki?!”, deyə Viktor Makeev vurğulayıb.

Bəs, mərc oyunları ilə bağlı vəziyyət necədir, sualına cavabında isə o bildirib ki, ən geniş yayılanlara “slot-maşınlar”, “poker”, “rulet” kimi mərc oyunları aiddir. Lisenziyalaşdırılmış versiyalarda real pulun oynanıldığı bu oyunların 10-12% istifadəçiləri isə məhz Azərbaycanın payına düşür. /fed.az

635x100

Şərhlər

Vətəndaş a İqtEks 2019-04-12 13:32:44

Milli azadlıq əslində ümumxalq mülkiyyətinin qanuni-özəllərə dağıtdı. Dövlət-ümumxalq mənafeyindən mincə manat kənara xərcləyə bilməyən Azərbaycanda təbii sərvətləri belə qanuni qaydada özgəninkiləşdirmə, milyardları özbaşına dənizə tökmə, məxaric etmə, maliyyə oyunları və qumara qoyma imkanı belə yarandı. Nəticə Qarabagın azadlığına cürət-fürsət verməyib, əksinə Qarabagın hərbi-siyasi əsarətinə iqtisadi veto(dondurma) ehtimalını da hədsiz yüksəldib?

Vətəndaş 2019-04-12 13:32:44

Belə xərclənən pullar rüşvət,korrupsiya,büdcə oğurluqları və dələduzluqla əldə oluna bilər.Bəsbua nəzarət etməli qurumlar niyə fəaliyyətsizlik göstərirlər?

Son yazılar