ƏDALƏT, YOXSA RƏZALƏT MƏHKƏMƏSİ? – Bir dövlət, bir mənzil, iki məhkəmə qərarı...

Azərbaycanda biznes mühitindəki problemlərdən tutmuş mülkiyyət hüquqlarının tapdanmasına, siyasi azadlıqlarla bağlı çatışmazlıqlardan başlayaraq, məmur özbaşınalığına qədər əksər bəlaların başında məhkəmə-hüquq sisteminin durduğu şübhəsizdir. Bu sistemin hələ də “düz yolun yolçusu” olmadığı gün kimi aydındır və bunun zərbəsi həm ölkə vətəndaşına, həm də dövlət olaraq Azərbaycanın nüfuzuna dəyməkdə davam edir.

Ədalət mülkün təməlidirmi?

Bu çürümüş, yıpranmış və istifadə müddəti çoxdan bitmiş məhkəmə sistemi durduqca ölkədə nə siyasi, nə mülkiyyət, nə iş, nə də adi yaşamaq hüququ layiqincə təmin olunacaq. Azərbaycanda məhkəmə qərarları bazardakı kartof kisələri kimi alınıb-satıldıqca, bu məmləkətdə insanların nə haqqa, nə ədalətə nə də idarəçiliyə inamı olacaq. İstənilən sahədə, istər iqtisadi, istər siyasi, istərsə də digər sahələr olsun, aparılan heç bir islahat bu məhkəmə sistemi qala-qala gözlənilən effekti verə bilməz. Və bu mənzərəyə baxdıqca, bir zamanlar dahi Atatürkün dilə gətirdiyi və bu gün Türkiyədə hər bir məhkəmə salonunda hakimin başı üzərinə yazılmış “Ədalət mülkün təməlidir” ifadəsinin nə qədər məntiqli və Azərbaycan məhkəmələrindən nə qədər uzaq olduğunu düşünürsən...

Elə bir müddət bundan əvvəl Ali Məhkəmənin “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatının tələbilə aprel şəhidinin aləsini mənzilsiz qoyması da sübut etdi ki, bu sistem hüquqi dayaqları bir yana, bütün mənəvi dayaqlarından da məhrum olunub və belə biabırçı bir sistemlə uzağa getmək olmaz. Təəssüf ki, hakimlərin bir çoxu yetimin malını “uf” demədən əlindən alıb, hansısa harınlamışa yedirtməyə hazırdırlar, təki onlara da bundan bir pay çatsın. Bunlar biraz “yoğun yerdən” tapşırıq gələn kimi, günahsızı günahkar, mərdi namərd, hətta qəhrəmanı vətən xaini çıxarmağı bacarırlar...

Bir sözlə, bizim məhkəmələrin və hakimlərin “məziyyətlərini” saydıqca, qurtarmaq olmaz. Və başqalarına cəza kəsən, əslində isə özləri cəzalandırılmalı olan bir çox hakimlər yalnız bilmədən hansısa “iri kalibrli” birinin “quyruğunu tapdalamasalar”, demək olar ki, cəzasız qalırlar...

Görünür, elə camaatı boğaza yığan və nə Azərbaycanın adına, nə ümumiyyətlə dünyadakı müasir münasibətlər düzəninə yaraşmayan, bir çox mətbu orqanların uzun illərdir gündəmə gətirərək, tənqid etdiyi bu məhkəmə sistemini abırlı hala gətirmək üçün də ölkə başçısı xüsusi fərman imzaladı. Və yalnız bundan sonra illərdir ağzına su alıb oturan hüquqşünaslar, deputatlar, siyasətçilər və s. məhkəmə sistemini yıxıb-sürüməyə girişdilər, islahatlara ciddi ehtiyac olduğunu “gördülər” və fərmanı dəstəkləməyə başladılar – adət etdiyimiz mənzərə yəni...

İndidən sonra vəziyyətin müsbətə doğru dəyişib-dəyişməyəcəyi barədə dəqiq bir şey deyə bilməsək də, “AzPolitika.info”ya daxil olan bir şikayətin əsasında Azərbaycan məhkəmə sisteminin nələrə qadir olduğunu və “bu qədər də olmaz” dedirdəcək “qəhrəmanlıqlarından” birini paylaşmaq istərdik.

Deməli, həmin şikayətdən bir daha belə məlum olur ki, uzun müddətdir Azərbaycan reallığının daha bir eybəcərliyinə çevrilmiş bir mənzilin bir neçə alıcıya satılması və dələduzluq yolu ilə kasıb-kusubun olan-qalanını əlindən alıb, külli miqdarda vəsait mənimsəyən dələduzlardan və onların əməllərindən məhkəmələr də lazımınca bəhrələniblər.

22206

Bir neçə il öncə Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin əmisi oğlu Elman Tağıyevin rəhbəri olduğu “Birlik İnşaat”ın 210 mənzili 543 nəfərə təkrar satması və vətəndaşlara ümumilikdə 10 milyon manatdan çox ziyan vurması ilə bağlı mətbuatda məlumatlar dərc olunmuşdu. Bu işlə bağlı bir neçə il məhkəmə çəkişməsi getdi və uzun süründürməçilikdən, get-gəldən sonra, nəhayət, Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul etdi. Şirkətə rəhbərlik edənlərdən bir-ikisi həbs olundu, N.Məhərrəmlinin bir əmisi oğlu xaricə qaçdı, birini tutub içəri saldılar, 14 il iş versələr də Apellyasiya mərhələsindən birdən-birə 5 ilə saldılar və sair. Lakin bütün bunların müqabilində həmin dələduzların vətəndaşlara vurduğu ziyan nə dərəcədə ödənildi - əsas məsələ budur.

54 çevrilib 55 oldu – nə 13 saylı notarius “gördü”, nə də Xətai Məhkəməsi...

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən belə aydın olur ki, “Birlik İnşaat”a aid Xətai rayonu, Rahib Məmmədov küçəsi ev 20 ünvanında yerləşən çoxmərtəbəli binadakı mənzillər həmin mənzillərin birinci alıcılarına, yəni şirkətlə ilk müqavilə bağlayan vətəndaşlara verilməlidir. Bu alıcılar sırasında həmin binanın 1-ci blokunun 8-ci mərtəbəsindəki 1 otaqlı, ümumi sahəsi 60.8 kv.metr olan 55 nömrəli mənzilin sahibi Vəliyeva Təranə Şamil qızı da var. Hakim Novruz Kərimovun bu qərarından sonra, nəhayət, öz halal mənzilinə sahibləndiyini düşünən T.Vəliyeva hələ “görəcək günlərinin” qarşıda olduğunu bilmirmiş. Sən demə, artıq həmin mənzilin mülkiyyət hüququ Bakı Ağır Cinayətlər Məhkəməsində iş gedə-gedə (!), Xətai Məhkəməsinin hakimi Namidar Misirzadənin “misli görünməmiş” qərarı ilə başqa birisi üçün tanınıb. Və bu zaman...

namidar

Hakim Namidar Misirzadə

Şikayətçi T.Vəliyeva bizə təqdim etdiyi sənədlərə əsaslanaraq, hakimin açıq-aşkar saxtakarlıq faktına göz yumduğunu və tam ədalətsiz qərar çıxardığını iddia edir. Belə ki, onun iddiasına görə, hakimin qanuni kimi qəbul etdiyi mənzilin alqı-satqı müqaviləsi saxtalaşdırılıb. Aşağıda fotolarını təqdim etdiyimiz həmin müqaviləyə baxdıqda da açıq-aydın görünür ki, əslində 54 nömrəli mənzil üçün verilmiş müqavilə saxtalaşdırılıb və 54 rəqəmi düzəldilərək, 55-ə çevrilib (!). Ancaq maraqlıdır ki, bunu 13 saylı notariat kontorunda da “görməyərək”, təsdiqləyiblər.

Təbii ki, bu “möcüzənin” qarşısında, görünür hakim N.Misirzadə də aciz qalıb... T.Vəliyeva bildirir ki, əslində həmin mənzilə iddialı olan digər vətəndaş – Əliyeva Lətifə Sahib qızına 55 yox, 54 nömrəli mənzil satılıb. Lakin əvvəllər ədliyyə sistemində işləmiş həmin xanım öz əlaqələrindən istifadə edərək, bu yolla ona aid mənzilə sahiblənib.

Şikayətçi təqdim etdiyi müqavilələrə və məhkəmə qərarlarına, eləcə də özünün məhkəmə iclaslarındakı müşahidələrinə əsaslanaraq bildirir ki, 13 saylı notarius və Xətai Rayon Məhkəməsinin hakimi bu saxtakarlıqdan xəbərdar olsalar da, buna nəyinsə müqabilində göz yumublar. Belə ki, hakimin qərarına Reyestr Xidməti etiraz edib ki, bu etirazın əsasında da işə Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə tez-tələsik baxılaraq, iddiaçının xeyrinə qərar çıxarılıb. Bir daha qeyd edək ki, bütün bunlar paralel olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində eyni iş üzrə məhkəmə proses gedə-gedə həyata keçirilib.

T.Vəliyeva Ədliyyə naziri Fikrət Məmmədova şikayət məktubunda yazır: "Hörmətli Fikrət müəllim, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmü ilə uzun-uzadı araşdırmalardan, şahid ifadələrindən sonra “Birlik-İnşaat” MMC-də 55 saylı mənzilin mənə məxsus olması öz əksini tapdı. Sadəcə, hakim Novruz Kərimov rusdilli olduğu üçün (özünün dediyinə görə) hökmdə “zərərçəkmişlər mənzilə yerləşdirilsinlər” sözləri əvəzinə “zərərçəkmişlər mənzillə təmin olunublar” sözlərini yazdı.

Sonradan iş Bakı Apellyasiya Məhkəməsinə getdi. Nəhayət, 12.04.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmünü qüvvədə saxladı. İki il də burda vaxt itirdik. Daha sonra iş Xətai rayon İcra Şöbəsinə göndərildi. Burda biz zərərçəkmişlərə bildirdilər ki, bu hökmün nəyin icra edək? Hökmdə yazılıb ki, “zərərçəkmişlər mənzillə təmin olunublar”. Təmin olunmusunuzsa, gedin oturun evinizdə. Təkcə bu səhvə görə Bakı ACM-i ilə Xətai rayon İcra Şöbəsi arasında 3-4 ay ərzində yazışmalar getdi. Sonra yuxarıdan xəbər gəldi ki, bu işin bir çıxış yolu var, mənzilləri mübahisəli olan və mənzilləri digərləri tərəfindən zəbt olunan zərərçəkmişlər yenidən mülki qaydada məhkəməyə müraciət etsinlər.

Mən mülki qaydada mənzilin boşaldılması, mənzilə köçürülmə ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırdım. İş hakim İlahə Abbasovaya həvalə edildi. Məhkəmə vaxtı məlum oldu ki, mən qanuni qaydada hökmün icrasını gözləyərkən, mənzili zəbt etmiş zərərçəkmiş (istefada olan ədliyyə zabiti) artıq Xətai Məhkəməsində hakim Namidar Misirzadənin himayədarlığı ilə mənzilə olan sahiblik və istifadə hüququnu tanıdıb. Hakim N.Misirzadə Xətai Məhkəməsində “Birlik-İnşaat” MMC ilə bağlı işlərin 99,9%-ni icra edir. Çox yaxşı bilir ki, bu mənzillərin 5-6 alıcısı var. Amma araşdırma aparmadan, bizi tərəf kimi qəbul etmədən iddiaçının əsassız iddiasını təmin edir.

Hörmətli Fikrət müəllim, rəsmi məhkəmə protokoluna görə, belə ciddi mübahisə doğuran işlə bağlı prosesdə aşağıdakı şəxslər iştirak edib: “1. Hakim, 2.Katib, 3. İddiaçı, 4. Qanuni təmsilçi.

Cavabdeh: Reyest Xidməti - iştirak etmir”.

Tərkibə fikir verirsinizmi? Ara xəlvət, tülkü bəy. Bu 4 nəfər rahat oturub özləri üçün məsələni həll edib, qərar çıxardıblar. Özü də nəyin əsasında? Saxta, üzərində “54” rəqəmi pozularaq, 55 yazılan müqavilənin əsasında. Nədənsə bu düzəlişi hakim Namidar Misirzadə görməyib. Yoxsa görmək istəməyib?!”

Eyni qaydada Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə də mübahisə ilə bağlı Bağı Ağır Cinayətlər Məhkəməsinin hökmünü nəzərə almadan və iddiaçının təqdim etdiyi müqavilənin üzərində saxtalaşdırma əməliyyatı aparıldığını “görmədən” ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayırlar.

T.Vəliyeva nazirə məktubunun sonunda yazır: “Yuxarıda qeyd etdiyim “55” saylı mənzilin 1-ci alıcısı mənəm. Mənzili zəbt etmiş istefada olan ədliyyə zabiti hansısa notariat kontorunun köməkliyi ilə müqaviləni saxtalaşdırıb, öz mənzilinin nömrəsini “54”-dən “55”-ə düzəldib. Hakimlər buna göz yumub. Mənim hüquqlarım tapdalanıb. Sizdən çox xahiş edirəm ki, halal mənzilimin mənə qaytarılmasında köməklik edəsiniz. Haqq, ədalət bərpa olunsun!”

İki məhəkəmə, iki mülkiyyətçi, bir mənzil...

İndi əlində Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni hökmü olan T.Vəliyeva heç bir instansiyaya müraciət edərək, haqqını bərpa edə bilmir. Çünki ortada Ali Məhkəmənin eyni mənzillə bağlı digər şəxsə mülkiyyət hüququnu təsdiqləyən qərarı mövcuddur. Beləliklə də nəticə etibarilə əlimizdə eyni mənzillə bağlı iki məhkəmə instansiyasının iki fərqli qərarı var! Bakı Ağır Cinayətlər Məhkəməsi bir iş üzrə qərar verir ki, mənzil T.Vəliyevaya aiddir, Xətai Məhkəməsi və Ali Məhkəmə isə tamamilə başqa iddia əsasında aparılan başqa iş üzrə eyni mənzilin L.Əliyevaya məxsus olduğuna hökm edir.

Buna nə ad verəsən - naşılıqmı, məsuliyyətsizlikmi, yoxsa dərəbəylikmi? Təkcə bu fakt Azərbaycan məhkəmə sisteminə “qeyri-kafi” qiymət verməyə kifayət etmirmi? Və onu deməyə əsas vermirmi ki, belə məhkəmələrin bir mənzili bir neçə nəfərə satanlarla heç bir fərqi yoxdur...

Məhkəmə biabırçılığı və özbaşınalığından əziyyət çəkən, mülkiyyətindən və digər hüquqlarından məhrum olunan T.Vəliyeva kimilər Azərbaycanda minlərlədir, bəlkə də daha çox. İndi bu adamlar öz haqlarını bərpa etmək üçün nə etməlidirlər - insan mütləq aprel şəhidinin ailəsi olmalıdırmı ki, onun hüququ tanınsın?...

“Azpolitika”

635x100

Şərhlər

Geber 2019-04-12 15:35:51

Namidar :- insanin sağikən mənzilinin zəbtini leqqallaşdirma haqda qərari , cəmiyyətdə TABUNUN , BUNU ETMƏK OLMAZ prinsipini dağitdi , Tabudan o yana , cəmiyyətin parcalanmasi ğəlir 1989 –cu ildə ermənilər Qorbacovun yelbeyinliyindən TABUNU aşdilar . Namidar və Xətai Rayon icra orqanlari Tabunu aşmalari ğizlin qalsa idi , yenə faydasi olardi , oruc tutmursan hamiya deyissən ki tuturam , lakin məhkəmə Məscidində oruc tutmurlar Tabu yayildi artiq. Hal hazirda , ruslarin qitliqindan TABU növbəsi tənha azərbaycanlilara kecib.

Geber 2019-04-12 15:35:51

Hadisənin əks sədasi sosial psixopatiya VİrUSU effekti ilə qonum qonşuya yayilir . Hamiya siqnal catir , ki BUNU ETMƏK OLAR qecə 1-də rusun ickili qonşusu evinə soxulur , ki sən evi mənə söz vermiş idin , sənə və məhəlləyə cavabi bu Sahə medsestra da icazə olmadan evə soxulur , ki bəlkə hər hansi bir sənəd ələ kecirsin , ki mənzilə iddiali olsun . qonum qonşuda yaşayan iki qoca rus qapilarini bağlayib , qohumlariğilə qacirlar . Vəziyyət almanlarin kəndə ğirib donuzlarin təqibinə rəğmən Namidarin qərari

Adamsiz Bakili 2019-04-12 15:35:51

Mene cox maraqlidir ki bu hakimin neqativ hereketleri barede adi vetendaslarin bele melumati var. Amma Huquq Surasinin xeberi yoxdu? Ola bilmez. 120 den cox hakim buraxdigi noqsanlara gore isinden azad olub. Bes Namidar Misirzadenin eledikleri noqsan deyil, Yeqin ki onun qerarlarindan narazi qalanlar huquq surasina muraciet edibler. Hec kim olcu goturmur, Ona gore ki o hakim isden azad olunur ki hemin hakim ozunden yuxarida oturanlara xeyir vermir. Hakim Namidar Misirzade ^mehsuldar^ isleyir. Lazimlidir.

Dövlətini sevən 2019-04-12 15:35:51

Bunların bir günahkarı var: Məhkəmə - hüquq şurası ? 2016- cı ildə Hakimliyə namizədlər arasında yüksək bal toplayan (85-90 bal) hüquqşünasları sonrakı mərhələdən kəsərək arzularını gözlərində qoydular, ancaq 60-65 bal toplayanları,özəl Universiteti qurtaranları isə Hakim təyin olunublar ? Aidiyyatı qurumlar isə maraqlanmadılar ki, Universiteti,Magıstraturanı fərqlənmə ilə bitirən, yüksək bal toplayan (85-90 bal) Hahkimliyə namizədləri çıxdaş ediblər ? Nəyə görə, day-dayısı yoxdur,ona görə..........?

Geber 2019-04-12 15:35:51

Xətai Rayon Məhkəməsi ,36-ci Polis Bölməsi , sahə muvəkkili , MİS JEK , Poliklinika , kupca Şəhla ləqəbli 40 N-li notariat kontorunun mudru , sonucda Vəkil də , öz payini Vərəsədən 3000 manat alib qacsa da belə , hakim Namidərin özü və köməkcisi cavabdehlərlə birğə , Notarius hami bu firildaqin biri birindən xəbərli iştirakcilaridir Mənzərə belədir : Siz naşiliqla evi təmir edəndə qabaqcadan bimirsiz , ki evə daxil olan hər bir usta əvvəlki ustalarla sözsüz əlaqəyə ğirir və sizə qarşidir ardi şok

Geber 2019-04-12 15:35:51

Şipakinina Ninanin ola bilsin , ki təsaduf iynədən , mənzilə soxulanlar əlbəyaxadan ölməsi cavabdeh həkimi qorxuya salir və ixtiyarsiz 40 min manat dilə ğətirən kimi Polisdə hakimə şərik cixir , istintaqi qapadir , vərəsəni qorxudub Bakidan qovmaqa həkimə və hakimə köməkci olur. Polis Orxan Hüseynova yeğanə subut 89 yaşli Şipakin Viktorun ambulator kartini oğurlamaq tapşirilir ki karta dağiniq skleroz diaqnozu olmuş idi . Polis Poliklinikada mudru medsestra Vərəsə və yanindaki şəxsin əl qolunu burur

Geber 2019-04-12 15:35:51

Qətnamə cixandan 7 ğun qabaq Namiidar ərizənin sürətindən bilirdi, ki arzuolunmaziddiaci Şipakina Nina susdurulub iclasa ğəlib ifadə verməyəcək, ğecə yari evinə soxulan cavabdeh təcili yardim həkimləri komaya salir , vərəsəsi ilə əlbəyaxa olub , hansisa sənədə imza atmaqini istəyiblər ki bibivi sən komaya salmisan onun ölməyini istəyirsən Ərizədən sonra Polisdə : cavabdeh həkim polis araşdiricisi Orxan Huseynov və uc şahidin yaninda Vərəsəyə 40 min manat təklif edir , ki bibivin qanini bağlayaq

Geber 2019-04-12 15:35:51

Hakim icrrat muddətində uc iclas təyyin etdi , iddiaci qocalara cəmi 3 dəqiqə vaxt verdi vəiclasi qapatdi , 2 ay ərzində vərəsə tərcüməcisi ilə köməkcisi əlbəyaxa olsa da , hakim hansi sənədlə ruslarin yaşadiqlari mənzilin tanimadiqi insanin adina kecmiçdir haqda sənədin surətini vermədi . Qətnamədən sonra , məlum oldu , ki sən demə qoca rusun iki mənzili əsl , Telnov kucəsi 10 mənzil 137 qara poct qutusu , SSSR-dən sonra adres ləğv olunub , arxiv yanib , hakimin azdirma əməliyyatinin bariz nümünəsi .

muellif 2019-04-12 15:35:51

Uzun illər məhkəmələrdə rəsmi olaraq kuryer (el arasında makler) kimi işləyən hakim Misirzadə özü .... Kimlərəsə vaxtıykən yaxşı köməklik etdiyi, vaxtı-vaxtında ... çatdırdığı üçün ediblər hakim.

Geber 2019-04-12 15:35:51

Ruslardan qara mənzil ovcularinin Vəkili hakimin hüzüründa Vərəsənin ifadəsini belə şəhr edir : _Möhtərəm Namidar durun ğedək Razinə , adi cəkilən Slavik və diğər ruslarin evinə , özünüz ğörun , ki onlara necə baxiriq . Ğirov düşmüş qocalara bir tərəfi erməni əsilli medsestra baxir , ki mütəşəkkil qara biznesin sirri acilmasin . Həmən medsestra qocalarila ünsüyyətdə olduqu ücün , kimin şikaiyyətci olma ehtimalini təcili yardim həkiminə ğturur və sakitliyi pozan qoca cəzalandirilir. ardi var

Geber 2019-04-12 15:35:51

Namidər Misirzadə haqda yazacaqim şəhrlərin dəqiqliyinə ğörə cinaiyyət məsuliyyəti daşimaqim haqda qabaqcadan imza atmiş kimiyəm . Yazdiqlarim məhkəmə iclas kameralarindan silinməyibsə oradadir. Namidar hakim deyil MƏHKƏMƏ Osvençim qaz kamerasinin doktorudur. İclas zamani qoca rusun Rusiyadan ğəlmiş Vərəsəsi hakimə deyir , ki ləzği əsilli təcili yardim həkimi təkcə döğma bibisinin deyil , Razində daha iki rus Slavikin mənzilini adina kecirib diğəri ölüb. Hakim vərəsəni iclasdan qovur. ardi var

Geber 2019-04-12 15:35:51

Xətai Məhkəmə iclasinda ğördüklrim : Məqalədə adi cəkilən Namidar Misirzadə rus milliyətindən olan Şipakin Viktorun mənzilini təcili yardim həkimi tərəfindən zoraki yolla adina kecirməsi ilə bağli işdə , iclas vaxti , qoca rusun bağirtilarina məhəl qoymadan ləzği əsilli birisini qoca rusa nəvə baba elan etdi , qətnamə cixartdiqi ğün , rusun arvadini ləzği əsilli qara mənzil ovcusu , qurama təcili yardim evinə soxulub , vurduqu iynədən dünyasini dəyişdi . İş Xətai prokurorluqunda baxilmir ki qoca ölsun

t.ədalət 2019-04-12 15:35:51

Hakim Azərbaycan dilini bilmirsə onunla .... fərqi nədir?Belə hakimləri Elmar Məmmədyarova müavin göndərmək lazımdır.Bir yerə toplaşıb səs-səsə versinlər..

Bakili 2019-04-12 15:35:51

Vetendas Konistitusiya Mehkemesine muraciet edib eleyhine olan butun mehkeme qerqrlarini legv etdire biler. Agir Cinayetler mehkemesinin Azerbaycan dilini bilmeyen hakimin hokmu uzre verilen icra vereqesinin izah olunmasi ucun icra memuru ile birlikde hemin mehkemenin hakimine erize ile muraciet ede biler.

EJDER 2019-04-12 15:35:51

BU ANALOQU OLMAYAN HOKUMETDE NE HAQQ VAR , NE EDALET ,NE DE DIVAN.MEHKEME ,HAKIM,VEKIL ,EKIL HAMISI BOW WEYDI.HA HA HA HAKIM WERAFET MEMMEDOVADAN O QEDER WIKAYET VAR,NE XEYRI...APELLASIYAYA HAKIM TEYIN ETDILER.BELE ANALOQU OLMAYAN ,YALAN ,PALAN IDAREETME HEC ZIMBABBEDE YOXDUR...BELI ,IRZA KIMI QOHUMUN BAWINA DAW DUWSUN.HA HA HA ,KEYF ELEYIN,,ISLAHAT,,GELIR.VOT,VOT BILECERIDEDI...

Son yazılar