DİREKTORUN GÜNAHI SÜBUT OLUNUB, İŞDƏN QOVULUB - Təhsil naziri açıqladı

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı aparılan xidməti araşdırmanın nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, nazir məsələ ilə bağlı görülən işləri, qəbul edilən qərarları ictimaiyyətin diqqətinə çatdırıb.

O qeyd edib ki, aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Belə ki, məktəbin VIII sinif şagirdi Hacıyeva Elina Ədalət qızı və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.

Şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən davranışına təsir etməsi təlim-tərbiyə prosesində nəzərə alınmayıb.

Hadisənin baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmayıb, bununla yanaşı, məktəb rəhbərliyi hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini də təmin etməyib.

Bildirilib ki, xidməti araşdırmanın məlumatlarını nəzərə alaraq Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması, məktəbə təcrübəli psixoloqun təyin edilməsi qərara alınıb.

Axar.az-ın məlumatına görə, nazir çıxışında qeyd edib ki,  hadisənin baş vermə şəraitinin, səbəblərinin və digər təfərrüatlarının kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş müzakirə edildiyini, bəzi hallarda bir-birinə zidd olan və mötəbərliyi yoxlanılmamış məlumatlar əsasında fərziyyə və ehtimalların irəli sürüldüyünü, baş vermiş hadisənin həssaslığını və faktla bağlı cinayət işi üzrə istintaq tədbirlərinin aparıldığını nəzərə alaraq, müvafiq komissiya tərəfindən aparılan xidməti araşdırma başa çatanadək nəticələrin ictimaiyyətə açıqlanmaması zərurəti yaranıb.

Nazir qeyd edib ki, məktəb həyatını, bütövlükdə məktəbin müəyyən edilmiş hədəflərə yönələn fəaliyyətini təhsil prosesi iştirakçılarının qarşılıqlı əməkdaşlığını təmin etmədən təsəvvür etmək mümkün deyil. Təhsil prosesində keyfiyyətə nail olmaq üçün “məktəb-valideyn”, “müəllim-şagird”, “məktəb-müəllim-valideyn” əlaqələrinin düzgün tənzimlənməsi zəruri şərt hesab olunur. Bu prosesdə hər bir tərəf öz məsuliyyətini dərk etməli, onu icra etməlidir. Məktəb rəhbərliyi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması, təhsilalanların sosial bacarıqlarının artırılması istiqamətində müəllim və valideynlərlə birlikdə müvafiq iş aparmalı, təlimdə çətinlikləri, emosional, davranış və digər problemləri olan təhsilalanlarla qrup və fərdi fəaliyyətlər planlaşdırmalı, psixoloji problemlərinin yaranma riski yüksək olan təhsilalanların ailə və sosial vəziyyəti ilə tanış olmalı, valideynlərlə mütəmadi görüşlər və maarifləndirmə tədbirləri keçirməli, sosial-məişət çətinlikləri olan təhsilalanların təhsili və inkişafının dəstəklənməsi məqsədilə məktəbəsaslı inkişaf planları hazırlamalı və ailələrlə birlikdə icra olunmasını təmin etməlidir.

Tədbirdə həmçinin, bu baxımdan məsələyə daha sistemli yanaşaraq, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim edilməsinin tapşırıldığı da bildirilib.

Qeyd olunub ki, nazirlik tərəfindən bu sahədə bəzi yeniliklərin edilməsi planlaşdırılır, o cümlədən məktəbdə şagirdlər arasında münasibətlərin tənzimlənməsi, sağlam mühitin yaradılması istiqamətində ictimai müzakirələr və məsələyə diqqətin cəlb edilməsi çox vacibdir. Yeniliklər arasında həmçinin məktəbdə bu və ya digər zorakılığa məruz qalmış şagird və ya valideyn tərəfindən birbaşa olaraq təhsil idarəetmə orqanlarında bu mövzu ilə bağlı yaradılacaq “Qaynar xətt”lərə müraciət etməsi imkanı yaradılacaq.

Qeyd edək ki, aprelin 4-də Bakının 162 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi E.Hacıyeva özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsinin pəncərəsindən ataraq intihar edib.

635x100

Şərhlər

Şəkili 2019-04-12 18:01:09

Cənab Nazir, bütün məktəblər o cündədir, o cümlədən Şəki 1 - saylı Peşə məktəbi. Məktəbin direktru Mircavad Abbasov Peşə məktəbini Bazara döndəribdir, onun iş fəaliyyətinə nəzarət edən yoxdur...Onun əməllərində korrupsiya hökm sürür, gündə bir maşın dəyişir.. Dərslər günün tələblərinə cavab vermir, şagirdlərə peşə öyrədilmir, çünki hamısı qiyabi təhsil alırlar ? Təhsil nazirliyinin rəhbər işçiləri tərəfindən reyd keçirilsə, çox mətləbin üstü açılar...?

Valideyin 2019-04-12 18:01:09

Məktəblərə nəzarət etmək,təhsil prosesini düzgün təşkil etmək,davamlı təkmilləşdirmə aparmaq indiki Təhsil Nazirliyinin mövcud kadrları ilə (nazirin özü olmaqla) mümkün görünmür.Məktəblərdə dərs proqramlarının uyğunsuzluğu,müəllimlərin yerləşdirilməsi(biliklərinin səviyyəsin və metodik səviyyəsi),baş verən ucdan-tutma rüşvət və özbaşınalıq halları, dərslərin səviyyəsi,təlim-tərbiyə işlərinə diqqəət verilməmsi(əsasən yuxarı siniflrdə)və bu kimi hallara nazirliyin göz yumması təhsili korlayan cəhətlərdir.

Valideyin 2019-04-12 18:01:09

Təhsil nazirliyi orta və Ali məktəblərlə işini hələ qura bilməyib.Bu nazirliyin gördüyü.dərs proqramları,dərsliklər,məktəblərə nəzarət olduqca yarıtmaz halda olduğu baş verən hadisələrlə,tüğyan edən rüşvətlə,kadr siyasəti ilə özünü biruzə Ancaq buna qarşı heç bir ölçü götürülməməsi ölkənin təhsil sistemini çokdürüb. Nazirlik yalnız yaramaz hallar baş verdikdən sonra tək-tək hallara ölçü götürməyə səy göstərməsi vəziyyəti düzəldə bilməz və bu da aydın görünür (belə hallar davam etməkdədir).

TARİX 2019-04-12 18:01:09

ƏN BÖYÜK MƏSULİYYƏTİ TƏHSİL NAZİRLİYİ DAŞIYIR.TƏHSİLİMİZİN SƏVİYYƏSİ İLDƏN-İLƏ AŞAĞI DÜŞÜR.HİS OLUNUR Kİ, BİLƏRƏKDƏN AZƏRBAYCAN DİLLİ MƏKTƏBLƏRDƏ TƏHSİLİN SƏVİYYƏSİNİ AŞAĞI SALIB RUS DİLLİ MƏKTƏBLƏRDƏ İSƏ ƏKSİNƏ YÜKSƏLDƏRƏK DİLİMİZİ HÖRMƏTDƏN SALIRLAR.BƏYƏNMƏDİYİMİZ ERMƏNİSTANDA BİR DƏNƏ OLSUN RUS DİLLİ MƏKTƏB OLMADIÖI HALDA BİZDƏ GÜNDƏN -GÜNƏ RUS MƏKTƏBLƏRİNİN SAYI ARTIR?... AĞLAMALI HALDIR.

Həsənov R 2019-04-12 18:01:09

Belə şəxsləri məktəb direktoru işlətdiklərinə görə Təhsil Naziri istefa verməli idi.

t.ədalət 2019-04-12 18:01:09

Hiss olunur ki,direktorun adamları onu qorumaq üçün saytları da bloklayır.Amma "cidanı çuvalda gizlətmək olmaz".Məmurların yaratdığı narazılıqlar adamları,nəinki hakimiyyətdən narazı salır,hətta dövlətə olan inamı da itirir..Vətənə və onun vətəndaşlarına sevgi olmayan yerdə milli təəssübkeşlik aradan qalxır.Bu hiss ermənilərə də sərf edir.

yalçın 2019-04-12 18:01:09

vəzifələrindən qovulmalıdır, çünki onların məsuliyyəti daha böyükdür..

t.ədalət 2019-04-12 18:01:09

Məktəb direktoru haqqında heç bir tədbir görülməyib.Sadəcə olaraq,diqqəti yayındırmaq üçün işdən çıxarılıb.Ara sakitləşən kimi digər məktəblərdən birinə direktor təyin olunacaq.Halbu ki direktorun işdən çıxarılması geniş təhlil olunmalı,daha ciddi cəza verilməsi üçün sonra da hüquq-mühafizə orqanlarına göndərilməli idi.Hiss olunur ki,yuxarı orqanlar günahsız məktəblinin ölümünə səbəb olan faktları bir kənara qoyub direktorun müdafiəsi ilə məşğuldurlar..

demokrar 2019-04-12 18:01:09

baliq bashdan iylener

Son yazılar