Putindən Serjə yeni qadağa

Ermənistan böyük qardaşı Rusiyaya arxadan zərbə hazırlayır

Ermənistanın Gömrük İttifaqına girməsi məsələsində yeni problem yaranıb.

ANS PRESS-in məlumatına görə, bu, Ermənistanla Gürcüstan arasında rüsumsuz ticarətlə bağlıdır. Məsələ bundadır ki, Rusiya Gürcüstanla rüsumsuz ticarət rejimini ləğv etmək qərarına gəlib. Əgər Ermənistan Gömrük İttifaqına girərsə, Gürcüstan da Ermənistan üçün rüsumsuz ticarət rejimini ləğv edəcək. Bu isə Ermənistanın işinə yaramır.

Erməni mətbuatının məlumatına görə, Gömrük İttifaqına girmək isitəyindən hələ də əl çəkmədiyini bəyan edən Ermənistan prezidenti Rusiya prezidenti qarşısında şərt qoyub: “Bizə Gürcüstanla rüsumsuz ticarət etməyə zəmanət verin”.

Təbii ki, Rusiya belə zəmanəti verə bilmir, buna görə də Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsi aydın aya təxirə salınır. Böyük ehtimalla, ermənilər sanksiyalara uğramış Rusiya ilə bir ittfaqa girmək istəmirlər və Moskvadan yaxa qurtarmaq üçün lazımi məqamı gözləyirlər. Bu isə Moskva üçün arxadan zərbə olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar